Vakansiya haqqında
Təsvir"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Səni hansı missiya gözləyir? Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində satış və satış üzrə mütəxəssislərə aid əməliyyat proseslərinin təşkilinə nəzarət etmək;Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində yerləşdirilən reklam materialların, küçə reklam daşıyıcıları və digər reklam materiallarının qüvvədə olan xidmətlərə və kampaniyalara uyğun olmasına nəzarət etmək;Şirkət tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq;Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasını təmin etmək;Şirkətə aid məlumatın məxfiliyinin qorunmasını təmin etmək;Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;Mövcud sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatın birbaşa rəhbərə çatdırılmasını təmin etmək;Region üzrə təyin edilmiş satış hədəfləri ilə bağlı şöbələr(rayon) arasında bölgünün aparılması və icrasına nəzarət etmək;Korporativ xidmətlər üzrə satışların həyata keçirilməsini təmin etmək;Ərazilərin potensial müştəri bazası baxımından araşdırılmasını və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək. TələblərSəndən gözlədiklərimiz: Ali təhsilli olmalıdır;Satış sahəsində 3 (üç) illik iş təcrübəsinə malik olmalıdır;Sahə üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzu olunandır;MS office proqramları ilə işləməyi bacarmalıdır;Müştəri və nəticə yönümlü olmalıdır;Komandanı idarə etməyi bacarmalıdır;Təqdimat və təşkilatçılıq bacarığı olmalıdır;Müsbət iş əlaqələrinin saxlanılmasını bacarmalıdır;Daxili satış təlimlərini hazırlamalı və keçirməlidir;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
