Vakansiya haqqında
📍Zeta Group Əsas vəzifələr:Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;Satış, satınalma, kateqoriya idarəetməsi və əməliyyat komandalarının fəaliyyətinə rəhbərlik etmək;Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və performansın qiymətləndirilməsi;Bazar araşdırmaları aparmaq, rəqabət mühitini analiz etmək və inkişaf imkanlarını müəyyənləşdirmək;Təchizatçılar və strateji tərəfdaşlarla kommersiya danışıqlarını aparmaq;Büdcənin hazırlanması, satış proqnozlarının verilməsi və maliyyə göstəricilərinin təhlili;KPI sisteminin qurulması və komandanın inkişafının təmin edilməsi;Şirkətin kommersiya proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik etmək.Namizədə tələblər:Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya oxşar sahə üzrə ali təhsil ;Kommersiya, satış və ya əməliyyatların idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;Strateji planlaşdırma və biznes inkişafı üzrə güclü biliklər;Büdcə, maliyyə analizi sahəsində praktiki təcrübə;Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür);Güclü analitik düşüncə, liderlik, qərarvermə və danışıqlar aparmaq bacarığı;Təklif edirik:Əmək haqqı: 5 000 – 6 000 AZN (net) + KPI əsaslı bonusStrateji qərarların qəbulunda iştirak imkanı;CV-nizi "Head of Commercial Operations" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına paylaşmağınız xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
