Vakansiya haqqında
🎯 “KLİK – Könüllü Liderlərin İnkişaf Konsepsiyası" Proqramı ilə qarşınızdayıq!📣Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən həyata keçirilən KLİK Proqramı könüllülərin liderlik, komanda idarəçiliyi, layihələrin planlaşdırılması və icrası üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsini, onların gələcək lider kimi formalaşmasını hədəfləyir. Bu proqram çərçivəsində siz:🔹 Liderlik bacarıqlarını inkişaf etdirəcəksiniz;🔹 Layihələri idarə etməyi öyrənəcəksiniz;🔹 Komanda quracaq və yönəldəcəksiniz;🔹 İctimai çıxış və ünsiyyət bacarıqlarını gücləndirəcəksiniz;🔹 Real layihələrdə iştirak edərək təcrübə qazanacaqsınız.Kimlər müraciət edə bilər?✅18-25 yaş arası aktiv könüllülər✅Minimum 6 aylıq könüllülük fəaliyyəti olan şəxslər✅Komanda rəhbərliyi potensialı olan şəxslər
📅 Müddət: 4 ay
📌Son qeydiyyat tarixi: 05.04.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
