Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Kimyəvi ayırma aparatçısı / Socar

BakıMənbə: Work.az

Vakansiya haqqında

Ümumi məlumat: Karbohidrogenlərin, kalsiumlu sodanın ayrılması texnoloji prosesinin aparılması və müvafiq sahəyə nəzarət edilməklə onun işini əlaqələndirmək. Vəzifə öhdəlikləri:Qazanlarda, su soyutma sistemində, sanitar qurğusunda və su təmizlə qurğusunda olan müvafiq tutumlara kimyəvi reagentlərin vurulması;Hazırlanmış məhsullardan və eyni zamanda nümunə verilməsi tələb olunan yerlərdən nümunələrin götürülməsi;Filtr üçün reagentin hazırlanması və tapşırığa əsasən filtirlərin təmizlənməsi işinin həyata keçirilməsi;İşlənmiş çirkab suların yığılmasına nəzarət edilməsi, iri həcmli əşyaların hovuza daxil olmaması üçün lazımi tədbirlərin görülməsi;İdarəetmə pultundan gələn göstərişlərin yerinə yetirilməsi, qüsur aşkarlandıqda idarəetmə otağına və ustaya məlumatın verilməsi;İş təlimatlarına uyğun olaraq texnoloji prosesi idarə etmək və tənzimləmək;Analizlərin və müşahidələrin nəticələrinə görə prosesi tənzimləmək;NÖC və avtomatika vasitələrinin göstəricilərinə, xidmət olunan avadanlığın vəziyyətinə və işinə nəzarət etmək;Xammal sərfinin və hazır məhsulun çıxışının hesablanması, analizlərin nəticələrinə görə onların keyfiyyətini müəyyənləşdirmək;Əsas və köməkçi avadanlığın təmir işlərində iştirak etmək. Tələblər:Müvafiq sahə üzrə orta ixtisas təhsilli;Sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;Analitik düşüncə qabiliyyəti;Problem həll etmə bacarığı;Komanda ilə işləmək bacarığı.Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.