Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Kimyaçı

BakıMənbə: Work.az

Vakansiya haqqında

Azersun Holdingə daxil olan Bakı Qida və Yağ Fabrikində Kimyaçı vakansiyası aktivdir. İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat İş qrafiki: 5 günlük, 09:00–18:00 Nahar və servis: Şirkət tərəfindən təmin olunur Təcrübə: Minimum 3 il Təhsil: Kimya, Kimya texnologiyası və ya Qida mühəndisliyi Əsas tələblər:• Analitik və fiziki kimyanın əsaslarını bilmək• Müxtəlif metodikalarla analizlər aparmaq və nəticələri müqayisə etmək• Ağır metalların təyini üzrə analiz üsullarını bilmək• Titrləmə məhlulları, indikatorlar, turşu və qələvi məhlullarını dəqiq hazırlamaq• Nümunə götürmə qaydalarını bilmək• Mürəkkəb reaktivlərin hazırlanması, yoxlanılması və faktor hesablamalarını aparmaq• Laboratoriya cihazlarının istifadəsi, kalibrlənməsi və yoxlanılması üzrə biliklər• Laboratoriya cihazlarında yaranan kiçik texniki problemləri həll etmək• Xammal, yardımçı maddə və hazır məhsulların fiziki-kimyəvi analizlərini aparmaq• Analiz nəticələrini standartlarla müqayisə etmək və hesabatlar hazırlamaq• Kimyəvi maddə və reaktivlərin düzgün saxlanma şərtlərini bilmək• Dövlət standartları və texniki-normativ sənədlərlə işləmək• ISO 9001 və ISO 17025 standartlarının əsas prinsiplərini bilmək• Əməyin mühafizəsi, sanitariya və ekologiya qaydalarına riayət etmək• Analitik düşüncə və yüksək məsuliyyətlilik Əsas vəzifələr:• Xammal, yardımçı maddələr və hazır məhsulların fiziki-kimyəvi analizlərini həyata keçirmək• Analiz nəticələrini vaxtında qeydiyyata almaq, təhlil etmək və raportlamaq• Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək• Laboratoriya cihazlarının kalibrasiyası və yoxlanılmasını həyata keçirmək• Laboratoriya üçün zəruri məhlul, reaktiv və indikatorları hazırlamaq və nəzarətdə saxlamaq• Laboratoriya cihazlarının profilaktik baxışını və kiçik texniki müdaxilələrini həyata keçirmək• Reaktiv və kimyəvi maddələrin saxlanmasına, sərfiyyatına və uçotuna nəzarət etmək• Laboratoriya sənədlərinin, analiz nəticələrinin və qeydlərin düzgün aparılmasını təmin etmək• Akkreditasiya və keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək• Əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək📩 Müraciət üçün:CV-nizi cv@azersun.com elektron poçt ünvanına, mövzu hissəsində “Kimyaçı” qeyd etməklə göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.