Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

KidsMap.az

KidsMap.az komandasına könüllü iştirakçı

BakıMənbə: Work.az

Vakansiya haqqında

KidsMap.az komandasını genişləndirirKidsMap.az valideynlərə Azərbaycanda uşaqlar üçün idman bölmələri, təhsil mərkəzləri, dərnəklər, muzeylər, parklar və digər məkanları tapmağa kömək edən inkişaf etməkdə olan onlayn layihədir.Layihə artıq fəaliyyət göstərir və hazırda onun gələcək inkişafı üçün komanda formalaşdırırıq.Müxtəlif bacarıq və təcrübəyə malik insanlara açığıq. Xüsusilə kontent və araşdırma, məlumatlarla iş, foto və video, SMM və marketinq, IT, dizayn, tərəfdaşlarla iş və digər istiqamətlərdə layihəyə töhfə verə biləcək şəxslərlə tanış olmaq istəyirik.İştirakçıdan gözləntilər:• layihənin inkişafında öz bacarıq və maraqlarına uyğun iştirak etmək;• razılaşdırılmış tapşırıqlara məsuliyyətlə yanaşmaq;• yeni ideyalar və təkliflər vermək;• lazım olduqda məlumat axtarmaq, yoxlamaq və sistemləşdirmək.İş təcrübəsi məcburi deyil. Bizim üçün maraq, məsuliyyət, təşəbbüskarlıq və layihəyə real töhfə vermək istəyi daha vacibdir.Şərtlər:• hazırkı mərhələdə iştirak könüllüdür və sabit ödəniş nəzərdə tutulmur;• iştirak formatı istiqamətdən asılı olaraq çevikdir;• tapşırıqların bir hissəsi distant şəkildə yerinə yetirilə bilər;• real inkişaf edən layihədə praktiki təcrübə;• öz ideyalarını həyata keçirmək imkanı;• layihədə iştirakın təsdiqi;• fəaliyyətin nəticələrinə əsasən tövsiyə məktubu;• görülən işlərdən peşəkar portfolio üçün istifadə etmək imkanı.Əgər bilik, bacarıq və ya ideyalarınızın KidsMap.az üçün faydalı ola biləcəyini düşünürsünüzsə, CV-nizi (əgər varsa) göndərin və özünüz, bacarıqlarınız, layihəyə necə töhfə verə biləcəyiniz və ayıra biləcəyiniz vaxt haqqında qısa məlumat verin.Sayt: kidsmap.az

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.