Vakansiya haqqında
Vakansiya haqqında Bu rolda ölkədə kiçik və orta biznesin inkişafına dəstək olan Birbankın KOS komandasında real layihələrə və proseslərə dəstək göstərəcəksən. Müştəri portfelinin analizi, biznes müraciətlərinin ilkin qiymətləndirilməsində komandaya köməklik olunması, bazar araşdırmalarının aparılması və departament daxili hesabatlılığın hazırlanmasında iştirak etmək sənin əsas fəaliyyət istiqamətlərin olacaq. TələblərMaliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;Təqdimat bacarığı;Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;Müştəriyönümlü yanaşma;Səlis Azərbaycan dili biliyiÜstünlükdür:Rus dili biliyiÖhdəliklərKOS kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək;Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək;Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək;Görülmüş işlər üzrə hesabatlar vermək.Təklif olunanlarEkosistem səviyyəsində öyrənmə imkanlarıMentorluq və peşəkar inkişafMilyonlarla müştəri üçün real təsir yaratmaqDəstəkləyici və açıqfikirli mədəniyyətTexnologiya və biznesin kəsişməsində karyera imkanıRəqabətli əməkhaqqı və bonuslarYüksək təminatlı sığortaVisa Premium əməkhaqqı kartıKorporativ endirimlərKorporativ tədbirlərƏlavə məzuniyyət günləriHaqqımızda Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır. Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir. Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır. Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir. Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
