Vakansiya haqqında
Təsvir· Kredit İdarəsinə daxil olmuş biznes kreditləri üzrə müraciətlərin təhlil edilməsi;· Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;· Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;· Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi;· Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;· Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.Tələblər· İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;· Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;· Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;· Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;· Yüksək qavrama və öyrənmə qabiliyyəti;· Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
