Vakansiya haqqında
TəsvirVəzifənin təsviri: Klinikanın sanitar-gigiyenik qaydalara uyğun fəaliyyətinin təmin olunmasında iştirak edir.Tibbi otaqların, palataların və ümumi istifadə sahələrinin təmizliyini təmin edir.Tibbi alət və avadanlıqların dezinfeksiya olunmasında iştirak edir.Tibbi tullantıların qüvvədə olan qaydalara uyğun toplanmasını, çeşidlənməsini və daşınmasını həyata keçirir.Pasiyentlərin şöbələr arasında təhlükəsiz şəkildə daşınmasına kömək edir.Klinika daxilində analiz nümunələrinin və tibbi avadanlıqların daşınmasını təmin edir.Tibb personalının tapşırıqlarını vaxtında və düzgün yerinə yetirir.Təmizlik, infeksiya nəzarəti və təhlükəsizlik qaydalarına riayət edir.Klinikanın daxili intizam qaydalarına və etik davranış normalarına əməl edir.Tibbi heyətin fasiləsiz fəaliyyətinin təmin olunmasına kömək edir. TələblərNamizədə tələblərSanitar-gigiyenik qaydalar, təmizlik və dezinfeksiya üsulları üzrə ilkin biliklərə malik olmalıdır.Xəstələrin təhlükəsiz daşınması və onlara ilkin qulluq göstərilməsi qaydaları barədə anlayışa malik olmalıdır.Tibbi avadanlıqların və ləvazimatların təhlükəsiz daşınması qaydalarını bilməlidir.Xəstələrlə etik davranış, məxfilik və daxili intizam qaydalarına riayət etməlidir.Fiziki cəhətdən sağlam olmalı və hərəkətli iş rejimində işləmək qabiliyyətinə malik olmalıdır.Komanda ilə işləmək və məsuliyyətli olmaq bacarığı tələb olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
