Vakansiya haqqında
AzEduNet MMC Vəzifə öhdəlikləri:Şəbəkə avadanlıqları (router, switch, access point) sazlanması, nəzarəti və texniki dəstəyi;NVR/DVR sistemlərin və təhlükəsizlik kameraların quraşdırılması, sazlanması və monitorinqi;Ofis kompüterlərin, printerlərin və digər IT avadanlıqların texniki xidməti;Proqram təminatının yenilənməsi və təhlükəsizlik tədbirlərinin təmin edilməsi;İstifadəçilərə texniki dəstək göstərmək (hardware/software problemlərinin həlli);IT avadanlıqların uçotunun aparılması və texniki hesabatların hazırlanması.Namizədə verilən tələblər:Şəbəkə texnologiyaları haqqında baza bilikləri (LAN, WAN, TCP/IP, VLAN, DHCP, DNS və s.);Router, switch və access point-lərin ilkin konfiqurasiyası və idarəedilməsi bacarığı;NVR/DVR sistemləri (Hikvisiov), IP və analoq təhlükəsizlik kameraları ilə iş təcrübəsi;Əməliyyat sistemlərinin (Windows, bəzən Linux əsaslı sistemlərin) quraşdırılması və sazlanması üzrə biliklər;Ofis avadanlıqları (printer, skaner və s.) ilə iş bacarığı;Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;Komanda ilə işləmək və işə məsuliyyətli yanaşma;Müvafiq ixtisas üzrə orta ixtisas təhsili və ya ali təhsil arzuolunandır;Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi;Aşağıdakı beynəlxalq sertifikatlardan birinin mövcud olması üstünlük sayılır: CompTIA Network + və ya CompTIA Security + Cisco CCNA (Cisco Certified Network Associate).İş şəraitiİş qrafiki: 5 günlük iş rejimi.Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Kiçik şəbəkə mütəxəssisi” yazmaqla göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
