Vakansiya haqqında
ENAM Company MMC komandasına sənədləşmə və mühasibatlıq əməliyyatlarının koordinasiyasında iştirak edəcək məsuliyyətli və öyrənməyə həvəsli Kiçik Mühasib axtarır.Qeyd: Bu vəzifə tam mühasibat uçotu və vergi hesabatlarının aparılmasını əhatə etmir. Vakansiya əsasən gündəlik sənədləşmə, əməliyyatların koordinasiyası və dəstək funksiyalarını əhatə edir.Əsas vəzifələr• Təhvil-təslim aktlarının hazırlanması;• Satınalma məhsulları üzrə qiymət cədvəllərinin hazırlanması;• Alınan mallar üzrə ödəniş məlumatlarının toplanması və hesabatlarının hazırlanması;• Malların təhvil verilməsi ilə bağlı elektron qaimələrin vaxtında rəsmiləşdirilməsinə nəzarət;• Xarici ödənişlər üzrə ödəniş tapşırıqları, SWIFT sənədləri və digər maliyyə sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;• Məhsullar üzrə daşınma və logistika xərclərinin qruplaşdırılması;• Hazırlanmış məlumat və sənədlərin logistika əməkdaşları, brokerlər və aidiyyəti şəxslərə operativ şəkildə ötürülməsi;• Mühasibatlıq şöbəsinin gündəlik əməliyyatlarında inzibati dəstəyin göstərilməsi.Tələblər• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;• Mühasibatlığın əsas prinsipləri barədə ilkin biliklər;• Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;• Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;• Yüksək məsuliyyətlilik, diqqətlilik, sənədlərlə işləmə bacarığı və komanda ilə effektiv əməkdaşlıq.Biz təklif edirik• Peşəkar və inkişafyönümlü komandada çalışma imkanı;• Mühasibatlıq və maliyyə prosesləri üzrə praktiki təcrübə qazanmaq imkanı;• Karyera inkişafı perspektivi;• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;• Əmək haqqı bilik və bacarıqlara əsasən müsahibə əsasında müəyyən ediləcək.Müraciət qaydası:CV-nizi mövzu hissəsində “Kiçik Mühasib” qeyd etməklə contact@enam.az e-poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
