Vakansiya haqqında
📍İcbari Sığorta Bürosu TəsvirMaliyyə şöbəsinin rəhbərinin tapşırıqlarına uyğun olaraq mühasibat uçotunun aparılmasında iştirak edir;İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimələr, aktlar, ödəniş tapşırıqları və s.) qəbulunu, yoxlanılmasını və sistemləşdirilməsini həyata keçirir;Pul vəsaitləri, mal-material qiymətliləri və əsas vəsaitlər üzrə aparılan əməliyyatların uçotunun düzgünlüyünün təmin edilməsində iştirak edir;Əmək haqqının hesablanması, tutulmalar və ayırmalar üzrə ilkin məlumatların hazırlanmasında şöbənin digər əməkdaşlarına kömək edir;Bank və kassa əməliyyatları üzrə sənədlərin hazırlanmasında və uçotunun aparılmasında iştirak edir.Mühasibat proqramlarına məlumatların daxil edilməsini, elektron sənədlərin tərtibini və saxlanılmasını təmin edir;Mühasibat sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və arxivə təhvil verilməsini təmin edir;Tələblər“Mühasibat uçotu haqqında” AR Qanununun əsas tələblərini;Mühasibat uçotunun aparılması qaydalarını və ilkin uçot sənədlərinin tərtib edilməsini;Əmək, vergi və sosial sığorta qanunvericiliyinin əsaslarını;Büroda mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, mühasibat uçotunun aparılması qaydasını;Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsini;Mühasibat proqramlarından istifadə qaydalarını;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
