Vakansiya haqqında
Təsvirİcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;Tikintinin başlanması üçün tələb olunan sənədlərin komplektliyini və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilində, hazırlıq işlərinin yerinə yetirilməsində dəstək olmaq;Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək dəstək olmaq;Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədlərin tərtib olunmasında dəstək olmaq;Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtib olunmasında dəstək olmaq;Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərinin araşdırılmasında və önləyici tədbirlərin görülməsində dəstək olmaq;Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.Tələblərİnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;Kompüter bacarıqları: MS Office, Autocad;Tikinti normalarına dair biliklər;Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
