Vakansiya haqqında
📍Abşeron Logistika Mərkəzi ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:• Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi;• Məlumatların toplanması, sənədləşdirilməsi və təhlilinin həyata keçirilməsi;• Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının hazırlanmasında iştirak;• Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərinin yoxlanılması;• Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirak etmək;• Audit sənədlərinin qorunub saxlanmasının təmini;• Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqların həyata keçirilməsi. NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:• Ali təhsil (İqtisadiyyat, maliyyə, audit və s.);• Maliyyə, mühasibatlıq və audit sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;• Beynəlxalq peşəkar sertifikatlara (ACCA MA, FA) malik olmaq;• Dil bilikləri: Mükəmməl səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili;• Komputer bilikləri: MS Office proqramlarında (Word, Excel, Outlook) yaxşı səviyyədə işləmə bacarığı PEŞƏKARLIQ BACARIQLARI:• Analitik düşünmə və analiz qabiliyyətinin olması;• Öyrənmək, öyrətmək bacarıqları;• Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;• İşgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə uyğunlaşmaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
