Vakansiya haqqında
📍IktexVəzifə öhdəlikləri: Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili; Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası; Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması; Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; Yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək; Gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq; Məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq; Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Tələblər: Ali təhsil (İT sahəsi üzrə); Hərbi mükəlləfiyyətli. (Yaşı 28-dən çox olmayan); Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı; Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür; Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili; Xarici dil bilikləri arzuolunandır. Səriştələr:Məsuliyyətlilik, etibarlılıq və dürüstlük;İnkişafa yönümlü və innovativ;Operativlik və çeviklik;Komandada işləmək bacarığı;Nəticə yönümlü.Üstünlüklərimiz:Peşakar komandada işləmək imkanı;Yeni işçinin təlimləndirilməsi;Ölkədaxili və xarici təlimlərdə iştirak;Şirkət tərəfindən nahar;Karyera unkişafı.Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 700-1300 AZN)Vakansiyanın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Data Analitik (Junior data analyst)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
