Vakansiya haqqında
TəsvirKibertəhdidləri təyin etmək, analiz etmək və aradan qaldırmaq;Təhlükəsizlik insidentləri zamanı ilkin cavab tədbirlərini həyata keçirmək;Sistemdə mövcud zəiflikləri müəyyən etmək üçün mütəmadi olaraq təhlükəsizlik yoxlamaları aparmaq;Zəiflikləri aradan qaldırmaq üçün uyğun həlləri tövsiyə və tətbiq etmək;Təhlükəsizlik hadisələrinə dair cavab planları və prosedurlar hazırlamaq;Təhlükəsizlik insidentləri və zərərli proqramlarla bağlı kəşfiyyat məlumatlarını təhlil etmək;Yeni yaranan təhdidləri izləmək və bu təhdidlərə qarşı tədbirlər planı hazırlamaq;Təhdidlərə dair hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;Növbəli iş rejimində işləmək (2 gün iş, 2 gün istirahət).TələblərTəhsil səviyyəsi: Ali - (Informasiya Təhlükəsizliyi, Kompüter Elmləri);İnformasiya təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi;Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;Danışıqların aparılması bacarığı;Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;Strateji düşünmə qabiliyyəti;Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;Təhlükəsizlik texnologiyaları, protokollar və ən yaxşı təcrübələr haqqında dərin anlayış;Şəbəkə və sistem idarəetməsi üzrə dərin biliklər;Kibertəhlükəsizlik alətləri ilə təcrübə (SIEM, EDR,Firewall və s.);Məlumatların şifrələnməsi, məxfilik qanunları və qaydalarına dair biliklər;Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı; BTL1, BTL2, Comptia Security+ və ya digər müvafiq sertifikatlar üstünlükdür;Dil bilikləri: Azərbaycan dili - yüksək, İngilis dili - yüksək, Rus dili – orta. İş qrafiki:Növbəli İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
