Vakansiya haqqında
TəsvirKibertəhlükəsizlik təhdidlərinin müxtəlif mənbələrdən (Dark Web, sosial media, fişinq saytları, forumlar və s.) toplanaraq təhlil edilməsi;Platforma tərəfindən aşkarlanan kiber təhdidlərin dəqiqliyini və aktuallığını yoxlamaq və təsdiqləmək;Təhdid aktorlarının, zərərli proqramların (malware) və hücum vektorlarının araşdırılması və sənədləşdirilməsi;Dark Web, fişinq saytlar və saxta sosial media hesabları üzrə dərin təhlillər aparmaqFişinq saytlar, zərərli domenlər və saxta sosial media hesablarına qarşı takedown proseslərinin icrası və izlənməsi;Avtomatlaşdırılmış analiz və hesabat məqsədilə skriptlərin (Python, Bash və s.) hazırlanması və tətbiqi;Platforma əsaslı və müstəqil OSINT tədqiqatlarının aparılması və nəticələrin daxili sistemlərə daxil edilməsi;Hücum simulyasiyaları və zəiflik testləri vasitəsilə sistemlərin davamlılığının qiymətləndirilməsi;Təhlükə kəşfiyyatı məlumatlarının texniki hesabatlar, brifinqlər və ya blog yazıları şəklində hazırlanaraq paylaşılması;Müştərilərlə texniki görüşlərin təşkili, təhdid tapıntılarının təqdim olunması və onların effektiv şəkildə izah edilməsi;Zəifliklərin aşkarlanması, sıfır gün (zero-day) təhdidlərinin təhlil edilməsi və uyğun risk qiymətləndirilməsinin aparılması;TələblərKibertəhlükəsizlik və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;Kibertəhlükələrin aşkarlanması, təhlili və prioritetləşdirilməsi sahəsində təcrübə;Fişinq saytlar, zərərli domenlər, saxta sosial media hesabları və Dark Web üzrə OSINT tədqiqatları aparmaq bacarığı;IOC, TTP və MITRE ATT&CK çərçivəsinə əsasən təhlil və xəritələndirmə bacarığı;Malware analizi, zərərli kodların dekompilyasiyası və ya statik/dinamik analiz bacarığı;Zəifliklərin aşkarlanması, risk qiymətləndirilməsi və sıfır gün (zero-day) təhdidlərinin təhlili sahəsində təcrübə;DNS, WHOIS, TCP/IP, HTTP/S və digər əsas şəbəkə protokolları üzrə texniki biliklər;ELK Stack, Splunk, Wireshark, tcpdump kimi analiz alətləri ilə işləmə bacarığı;Python, Bash, PowerShell, C/C++, Java və ya Go dillərindən biri ilə skript yazmaq və avtomatlaşdırma bacarığı;Web tətbiqlərinin və API-lərin təhlükəsizlik aspektləri üzrə anlayış;Azərbaycan və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
