Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Keyfiyyətin idarə edilməsi üzrə aparıcı mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Bakı Metropoliteni Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Risk və keyfiyyətin idarə edilməsi və departamentinə Keyfiyyətin idarə edilməsi üzrə əməkdaş axtarırıq!Namizəd Metropolitendə keyfiyyətin idarə edilməsi sisteminin beynəlxalq standartlara uyğun təşkili, proseslərin təkmilləşdirilməsi və uyğunsuzluqların idarə olunması sahəsində əsas rol oynayacaq.Metropoliten sizə nə təklif edir?Sabit və etibarlı iş mühiti;Peşəkar komandada inkişaf və karyera imkanları;Əmək bazarına uyğun rəqabətli əmək haqqı;Metropolitendən ödənişsiz istifadə imkanı;Güzəştli nahar təminatı;“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;Psixoloji dəstək xidməti.ÖhdəliklərMetropolitendə keyfiyyətin idarə edilməsi sisteminin (KİS) beynəlxalq standartlara (ISO 9001 və s.) uyğun təşkili, tətbiqi və sənədləşməsinə nəzarət etmək;Daxili keyfiyyət auditlərinin planlaşdırılması, keçirilməsi və xarici audit proseslərində koordinasiyanın təmin edilməsi;Fəaliyyət zamanı aşkar edilən uyğunsuzluqların kök səbəblərini təhlil etmək, düzəldici və profilaktik tədbirlər planı hazırlamaq və icrasını izləmək;Yüksək riskli sahələrdə keyfiyyət nəzarətini prioritetləşdirmək və KPI göstəricilərini təhlil etmək;KİS-ə dair daxili normativ sənədlərin (prosedur, təlimat) hazırlanması, aktuallığının qorunması və sənəd dövriyyəsinin idarə edilməsi;Metropoliten əməkdaşları üçün keyfiyyət standartları və prosedurlar barədə təlimatlandırma və maarifləndirmə işlərinin aparılması.TələblərAli təhsil (mühəndislik, iqtisadiyyat, idarəetmə və ya standartlaşdırma üzrə)Keyfiyyətin təminatı (QA/QC) və ya ISO standartlarının tətbiqi sahəsində minimum 3 il iş təcrübəsi;ISO 9001 standartı üzrə dərin biliklər (ISO 9001 üzrə “Lead auditor” və ya daxili auditor sertifikatına, eləcə də digər idarəetmə sistemləri (məs., ISO 45001, ISO 14001, ISO 19011) üzrə sertifikatlara malik namizədlərə üstünlük verilir);Proseslərin xəritələnməsi, audit aparma və hesabatlılıq bacarığı;MS Office proqramlarında (xüsusilə MS Excel, MS Visio və ya analoji sxem proqramları) sərbəst işləmək bacarığı;Analitik düşünmə, detallara diqqət və problemləri həll etmə qabiliyyəti;Azərbaycan dili mükəmməl, texniki sənədləri və standartları araşdırmaq üçün yaxşı ingilis və ya rus dili biliyi arzuolunandır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.