Vakansiya haqqında
📍Core ConstructionÖhdəliklər:Şirkətə daxil olan material və avadanlıqların keyfiyyət və dizayn tələblərinə uyğun olmasını təmin etmək;Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;MAR.MRİ,NFİ,NCR və s. kimi Keyfiyyətə Nəzarət sənədlərinin hazırlanması ;Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;Namizədə tələblər:Ali təhsil ;Tikinti sahəsində ( Metal Konstruksiya) iş təcrübəsi ;Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;Yüksək səviyyədə analitik-riyazi biliklər;Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;İnşaat norma və qaydalarını bilməlidir;İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.İş barədə məlumat:İş yeri: Bakı Sea BreezeƏmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.CV-lərinizi “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (QC İnspector)” başlığı altında Müraciət Et düyməsində göstərilən mail-ə göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
