Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (İplik istehsalı-Mingəçevir)

MingəçevirMənbə: Work.az

Vakansiya haqqında

Təsvir • Xammalın qəbulunu, lotlama prosesini və ilkin keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək.• Mahlıc kiplərindən götürülən nümunələrin laborator analizlərinin təşkili və nəticələrinə nəzarət etmək.• Kiplərin açılması, didilməsi, təmizləmə və qarışdırılma mərhələlərində texnoloji parametrlərin keyfiyyət tələblərinə uyğunluğunu izləmək.• Daranma, paralelləşmə və əyrici mərhələlərində yarımfabrikat və ipliyin keyfiyyət göstəricilərini (bərabərlik, qüsur, möhkəmlik və s.) yoxlamaq.• Fiksaj və qablaşdırma mərhələlərində hazır məhsulun müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək.• Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq vizual müayinə və laborator analizlər aparmaq.• Uyğunsuzluqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması ilə bağlı təkliflər vermək.• Analiz nəticələrini təhlil etmək, müvafiq qeydiyyat və hesabat sənədlərini aparmaq.• Ölçmə və laborator avadanlıqlarının düzgün istismarı və texniki vəziyyətinə nəzarət etmək.• Şirkətin daxili prosedurlarına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.• Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.Tələblər • Tekstil mühəndisliyi, texnologiya, kimya mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.• İplik istehsalı və ya tekstil sənayesində minimum 1–2 il iş təcrübəsi.• Tekstil xammalının və ipliyin keyfiyyət göstəriciləri, təsnifat meyarları və texnoloji proseslər üzrə biliklər.• Laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı.• ISO 9001 və digər keyfiyyət idarəetmə standartları barədə məlumatlılıq.• MS Office proqramları ilə işləmə bacarığı.• Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.• Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.