Vakansiya haqqında
İş yeri: Azerfloat-Kimya Sənaye ParkıAzerfloat komandası olaraq biz sizə vəd edirik:Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;Vəzifə öhdəlikləri:Xammal və şüşə şıxtasının kimyəvi və fiziki-kimyəvi analizinin aparılması;Şüşə nümunəsinin kimyəvi analizinin aparılması;Kəsim xəttindən çıxan şüşə lövhələr üzrə nümunələrin analizinin aparılması;İşçilərə laboratoriyada aparılan analizlər haqqında təlim və istifadə olunan avadanlıqların növü, iş prinsipi və xüsusiyətləri haqqında məlumat verilməsi;Etiketlərin çap edilməsi və məhsulun üzərinə yapışdırılması;Gündəlik əldə edilmiş xammal, şıxta və şüşə nümunələrinin analiz nəticələrinin qeyd edilməsi, nəticələrin işlənmiş təlimata və digər texniki sənədlərə uyğun olaraq yoxlanması;Təyinatı üzrə tələb olunan texniki sənədləşmənin, aktları və s. aparılmasıTələblər:Ali təhsil (fizika və ya kimya üzrə); Müvafiq vəzifədə istehsalat müəssisələrində minimum 1-3 il iş təcrübəsi;MS Office; Rus dili və ya İngilis dilini bilmək önəmlidir; Komandada işləmək və işi təşkil etmə bacarığı;Analitik və tənqidi düşünmə bacarığı;Detallara diqqət yetirə bilmək bacarığı;Məsuliyyətlilik;Etibarlılıq və dürüstlükBilməlidir:Tədqiq və ya sintez edilən maddələrin kimyəvi xassələrini;Maddələrin kimyəvi və fiziki analiz üsulları;Laboratoriya avadanlığının və nəzarət-ölçü aparatlarının istismar qaydaları;Texniki hesablamaların, hesablama və qrafiki işlərin yerinə yetirilməsinin metod və vasitələrini, hesablama texnikasının istismarı qaydaları;İş şəraiti:Növbəli iş qrafiki;Tibbi sığorta;Nahar əvəzi kompensasiya;20 Yanvar dairəsindən servisƏmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdırMövzü yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis“ yazıb Müraciət Etdüyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
