Vakansiya haqqında
TəsvirŞirkətimizə tikinti sahəsində keyfiyyətə nəzarət proseslərinin düzgün və vaxtında icrasını təmin edəcək Keyfiyyətə nəzarət mühəndisi axtarırıq. Bu vəzifənin əsas məqsədi materialların, avadanlıqların və icra olunan tikinti-quraşdırma işlərinin layihə tələblərinə, normativ sənədlərə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir Müəssisəyə daxil olan material, avadanlıq və məhsulların dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;Tikinti və təmir-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi cizgilərinə və normativ tələblərə uyğun icrasını təmin etmək;Subpodratçılardan gələn material və avadanlıqların qablaşdırılmasına, markalanmasına və xarici görünüşünə nəzarət etmək;Daxil olan materialların mənşə və keyfiyyət sertifikatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə müvafiq hesabatlar hazırlamaq;Keyfiyyətin idarə edilməsi planı, prosedurlar, inspeksiya və test planlarının hazırlanmasında və icrasında iştirak etmək;Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;Daxili və xarici auditlərdə iştirak etmək, ISO və digər müvafiq standartların tələblərinə riayət olunmasını təmin etmək;Ölçü alətləri və tikintidə istifadə olunan avadanlıqların kalibrasiyası və sertifikatlaşdırılmasına nəzarət etmək;Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə proseslər üzrə təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək.TələblərMühəndislik, Mexanika və ya bənzər sahə üzrə ali təhsil;Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;ISO standartları üzrə biliklər (Standartların QC proseslərində tətbiq olunması, prosedur və sənədlərin hazırlanması, keyfiyyət yoxlamalarının aparılması və uyğunluğun təmin edilməsində təcrübə);Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;İş proseslərini geniş perspektivdə qiymətləndirmək, problemləri öncədən görmək və qərarların uzunmüddətli nəticələrini nəzərə alaraq planlar hazırlamaq bacarığı;Daxili komanda və xarici tərəfdaşlarla effektiv yazılı və şifahi ünsiyyət qurmaq, məlumatları aydın şəkildə təqdim etmək və qarşılıqlı anlaşmanı təmin etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
