Vakansiya haqqında
📍Kristal Tələblər:Tikinti mühəndisliyi və ya əlaqədar sahədə ali təhsil;Müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi;Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır;MS Office, AutoCAD proqramlarını yaxşı bilmək.Vəzifə öhdəlikləri:Layihələrdə istifadə olunan materialların keyfiyyətini yoxlamaq və podratçının müvafiq əməkdaşından layihə xüsusiyyətlərinə və keyfiyyət standartlarına uyğunluğunu tələb etmək;Tikinti sahələrində həyata keçirilən işlərin keyfiyyətinə nəzarət etmək, işlərin qüvvədə olan standart və normativlərə, layihəyə uyğunluğunu təmin olunmasını tələb etmək;İşlərin tamamlanmasından sonra yekun yoxlama və nəzarət prosesini həyata keçirmək;İstifadə ediləcək materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;İstehsalat prosesində mütəmadi keyfiyyət yoxlamaları aparmaq və aşkar edilən uyğunsuzluqlar haqqında hesabat hazırlamaq;Uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici tədbirlər təklif etmək;Layihə çərçivəsində tətbiq ediləcək Keyfiyyət planına nəzarət və rəy vermək;Yoxlama və sınaq planlarının hazırlanması və tətbiq olunmasını həyata keçirmək;Keyfiyyətə dair iclasları təşkil etmək və rəhbərlik etmək.İş şəraiti:6 günlük iş qrafiki;Bakı şəhəri;Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
