Vakansiya haqqında
📍Tabaterra MMCTəsvirİş öhdəlikləri:• Hazır məhsulların müəyyən olunmuş tələblərə və təsdiq olunmuş cədvələ uyğun keyfiyyətinə nəzarət etmək• İstehsalat prosesini müşahidə etməklə nümunələr götürmək, hazır məhsulların fiziki parametrlərini ölçmək, vizual qiymətləndirmələr aparmaq• Bütün ölçmə nəticələrini və vizual yoxlama nəticələrinin xüsusi laboratoriya formasına (QA) uyğun elektron qaydada keyfiyyətə nəzarət jurnallarında qeydiyyatını aparmaq• İstehsal xəttindəki məhsul barədə hər hansı uyğunsuzluğu dərhal istehsalat sahəsində həmin xəttə məsul olan işçilərə məlumat vermək (mexanik, operator və s.)• İstehsal xəttindəki məhsulda uyğunsuzluq aşkar edildikdə, geri sıralama qaydasında nümunələr götürərək uyğunsuzluğun başladığı məhsulu müəyyən etmək və prosesin bərpası üçün xətt üzrə məsul olan şəxslərə köməklik göstərmək• Uyğunsuzluğun idarəedilməsi prosesini təşkil etmək və müvafiq sənədi(ləri) hazırlamaq• Mövcud prosedura uyğun olaraq brend dəyişdirmə prosedurunda iştirak etmək• İstehsalat prosesində yaranmış hər hansı problemə diqqət yetirmək və problemin aradan qaldırılması və prosesin gedişatının yaxşılaşdırılması üzrə təkliflər vermək• Birbaşa rəhbərinə mütəmadi olaraq müvafiq hesabatlar verməkTələblərTələblər:• Kimya, Kimya mühəndisliyi sahəsində ali təhsil;• Keyfiyyətə nəzarət və istehsal sahəsində ən azı 1 il iş təcrübəsi• Laboratoriya avadanlıqları ilə işləmək bacarığı• Yaxşı İngilis və ya Rus dili biliyi (yazı və danışıq)• Microsoft Office proqramlarında işləmək bacarığı• Ünsiyyət və komandada işləmək bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
