Vakansiya haqqında
Sham-fi.az Şirkətimizin keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun fəaliyyətinin təmin edilməsi məqsədilə komandamıza Keyfiyyətə Nəzarət mütəxəssisi axtarırıq.Vəzifənin əsas məqsədi:Məhsul və istehsal proseslərinin müəyyən edilmiş keyfiyyət, qida təhlükəsizliyi, sanitariya-gigiyena və normativ tələblərə uyğunluğuna nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək. Əsas vəzifə öhdəlikləri:İstehsal və əməliyyat proseslərinin keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;Xammal, materiallar, hazır məhsul və istehsal mərhələlərinə keyfiyyət nəzarətinin həyata keçirilməsi;Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət;HACCP prinsiplərinin tətbiqinə nəzarət və kritik nəzarət nöqtələrinin monitorinqi;ISO 22000 standartının tələblərinin gündəlik iş proseslərində tətbiqinin təmin edilməsi;İstehsalat sahələrində gigiyenik vəziyyətin, təmizlik və dezinfeksiya proseslərinin yoxlanılması;Pest Control — zərərvericilərə qarşı mübarizə tədbirlərinin, monitorinqinin və müvafiq qeydlərin nəzarətdə saxlanılması;Keyfiyyət göstəricilərinin mütəmadi monitorinqi və nəticələrin sənədləşdirilməsi;Aşkar edilmiş uyğunsuzluqların müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə tədbirlərin izlənilməsi;Düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) həyata keçirilməsində iştirak;İstehsal, anbar və digər aidiyyəti bölmələrlə koordinasiyalı fəaliyyət;Keyfiyyətə nəzarət üzrə hesabatların, yoxlama aktlarının və müvafiq sənədlərin hazırlanması;Daxili auditlərə hazırlıq və audit proseslərində iştirak;Qida təhlükəsizliyi və keyfiyyət standartları üzrə əməkdaşların məlumatlandırılması və maarifləndirilməsinə dəstək. Tələblər:Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya, Keyfiyyətin idarə edilməsi və ya uyğun ixtisas üzrə ali təhsil;Keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi,Qida istehsalı və ya iaşə sahəsində iş təcrübəsi;HACCP prinsipləri üzrə bilik;ISO 22000 standartının tələblərini bilməli və gündəlik fəaliyyətində tətbiq etməyi bacarmalı;Qida təhlükəsizliyi normaları, sanitariya və gigiyena tələbləri üzrə bilik;Pest Control prosesləri və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlılıq;Keyfiyyət göstəricilərinin monitorinqi və uyğunsuzluqların idarə olunması bacarığı;Sənədləşdirmə, hesabatların hazırlanması və analitik düşünmə qabiliyyəti;Məsuliyyətli, diqqətli və detallara yönümlü yanaşma;Komanda ilə işləmək və operativ qərar qəbul etmək bacarığı. Bizim təminatımız:Əmək haqqı- 1200-1500 NET5 günlük iş qrafikiNahar şirkət tərəfindən verilirAğ şəhər ərazisi.📩 Müraciət üçün: CV-nizi vakansiyanın adı qeyd olunmaqla cv@sham-fi.az səhifəsinə təqdim edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
