Vakansiya haqqında
📍"VİP Xidmətlər Qrupu" MMC TəsvirVəzifə öhdəlikləri:İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) üzrə sənədlərin (prosedur, reqlament, təlimat və s.) hazırlanmasında, yenilənməsində və reviziya (yenidən baxılma) prosesində aktiv iştirak etmək;Baş vermiş uyğunsuzluqlar və daxil olan şikayətlər üzrə aparılan araşdırmaların nəticələrinə əsasən, müəyyən olunmuş düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək;Risklərin reyestrini hazırlamaq, mütəmadi yeniləmək və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;Rəhbərlik tərəfindən müəyyən olunmuş strateji məqsədlərin icrasında və hədəflərə çatılmasında iştirak etmək;Proseslər üzrə müəyyən olunmuş səmərəlilik göstəricilərini (KPI) faktiki göstəricilərlə müqayisə etmək, təhlil aparmaq və nəticələrə dair hesabatlar hazırlamaq;Daxili auditlərin keçirilməsində, həmçinin dövlət və xarici təşkilatlar (sertifikasiya qurumları) tərəfindən keçirilən xarici yoxlamalara hazırlıq işlərində iştirak etmək;İMS rəhbər sənədlərinin ISO 9001 (və digər tətbiq olunan ISO) standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək və zəruri dəyişiklikləri icra etmək;Görülmüş işlər üzrə dövri hesabatlar və vizual təqdimatlar hazırlamaq, rəhbərliyə təqdim etmək. Əmək şəraiti:İş rejimi: 5 günlük (09:00-18:00);İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;Ümumi xidməti nəqliyyat və naharla təmin edilmə; TələblərTəhsil: Ali təhsil;İş təcrübəsi: Qeyd olunmuş və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;Dil bilikləri: Rus dili (B1–B2) və İngilis dili (B1–B2);Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook) yüksək səviyyədə,1C bilikləri arzuolunandır;Sertifikat/Biliklər: ISO 9001:2015 "Keyfiyyət Menecment Sistemi Tələbləri" standartı üzrə biliklər arzuolunandır;Fərdi keyfiyyətlər: Dürüstlük, diqqətlilik, kollektivdə işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
