Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Baş mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.Vəzifə öhdəlikləriAkademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması, təşviqi və davamlı inkişafına yönəlmiş tədbir və layihələri həyata keçirmək;Akademiyanın Strateji İnkişaf Planı çərçivəsində fəaliyyətlərin sistemləşdirilməsini və təhlilini təmin etmək;Yerli və beynəlxalq akkreditasiya və özünüqiymətləndirmə sənədlərinin hazırlanmasında iştirak etmək;Müxtəlif sorğuları təşkil etmək və nəticələrini təhlil etmək;Departamentin illik və yarımillik fəaliyyət hesabatlarını hazırlamaq;Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübəni araşdırmaq və departamentin fəaliyyət istiqamətinə uyğun təkliflər hazırlamaq;Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.Namizədə dair tələblərMagistr təhsili, müvafiq sahə üzrə təhsil arzuolunandır;Keyfiyyət təminatı və ya təhsil sahəsində 1–3 il iş təcrübəsi;Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;MS Office proqramları, xüsusilə Excel üzrə biliklər və məlumatların emalı bacarığı;Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;Rus dili biliyi arzuolunandır;Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti;Dəqiqlik, məsuliyyətlilik və operativlik;Komandada işləmək və işgüzar kommunikasiya bacarığı;Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı;Monitorinq və qiymətləndirmə bacarığı.İş rejimiİş qrafiki: Bazar ertəsi–cümə, 09:00–18:00Nahar fasiləsi: 13:00–14:00Ünvan: Bakı şəhəri, F.X.Xoyski prospekti 98Müraciət qaydasıSon müraciət tarixi: 30.08.2026Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.2. MütəxəssisAzərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Mütəxəssis vəzifəsinə vakansiya elan edir.Vəzifə öhdəlikləriAkademiyada tələbə, məzun, işəgötürən və digər maraqlı tərəflər arasında keçirilən sorğuların hazırlanması, təşkili və nəticələrinin statistik təhlilində iştirak etmək;İnstitusional və proqram akkreditasiyası prosesləri çərçivəsində məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək vermək;Daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək;Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş tədbir və layihələrdə iştirak etmək;Fakültə və kafedralarla əməkdaşlıq edərək keyfiyyət təminatı üzrə sənədləri hazırlamaq və yeniləmək;Strateji inkişaf planı və illik fəaliyyət planı üzrə göstəricilərin monitorinqinə dəstək vermək;Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.Namizədə dair tələblərAli təhsil, magistr dərəcəsi arzuolunandır;Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;Keyfiyyət təminatı, akkreditasiya və ya təhsil sahəsində iş təcrübəsi;Analitik düşüncə və statistik məlumatların təhlili bacarığı;MS Office proqramları, xüsusilə Excel üzrə biliklər və məlumatların emalı bacarığı;Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları;Dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara diqqət;Komandada işləmək və işgüzar kommunikasiya bacarığı;Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı.İş rejimiİş qrafiki: Bazar ertəsi–cümə, 09:00–18:00Nahar fasiləsi: 13:00–14:00Ünvan: Bakı şəhəri, F.X.Xoyski prospekti 98Müraciət qaydasıSon müraciət tarixi: 30.08.2026Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az ünvanına göndərə bilərlər. E-poçtun mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır.Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.3. Akademik məsləhət üzrə koordinatorAzərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Akademik məsləhət üzrə koordinator vəzifəsinə vakansiya elan edir.Vəzifə öhdəlikləriTyutorların fəaliyyətini koordinasiya etmək və onlara nəzarət etmək;Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya proqramlarının təşkilini və həyata keçirilməsini əlaqələndirmək;Tələbə müraciətlərinin operativ şəkildə cavablandırılmasını və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin etmək;Akademik dəstək xidmətlərinin effektivliyini təhlil etmək, qiymətləndirmək və inkişafını təmin etmək;Tələbələrə akademik məsləhət istiqamətində qabaqcıl beynəlxalq təcrübəni araşdırmaq və uyğun təkliflər hazırlamaq;Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.Namizədə dair tələblərMagistr təhsili, müvafiq sahə üzrə təhsil arzuolunandır;Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;Təhsil sahəsində iş təcrübəsi;Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;İngilis və ya rus dili bilikləri;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Komandada işləmək və işgüzar kommunikasiya bacarığı;Analitik düşünmə, təşkilatçılıq və problem həll etmə bacarıqları.İş rejimiİş qrafiki: Bazar ertəsi–cümə, 09:00–18:00Nahar fasiləsi: 13:00–14:00Ünvan: Bakı şəhəri, F.X.Xoyski prospekti 98Müraciət qaydasıSon müraciət tarixi: 30.08.2026Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı qeyd edilməlidir.Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.4. TyutorAzərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Tyutor vəzifəsinə vakansiya elan edir.Vəzifə öhdəlikləriTələbələrə tədris prosesi, kredit sistemi və akademik qaydalarla bağlı fərdi və qrup şəklində akademik məsləhətlər vermək və onların akademik göstəricilərini izləmək;Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya prosesində iştirak etmək, onların mühitə uyğunlaşmasına dəstək göstərmək;Tələbələrin müraciətlərini qəbul etmək, araşdırmaq və aidiyyəti üzrə yönləndirmək;Tələbələrin fərdi tədris planlarının doldurulmasına dəstək göstərmək;Təkrar imtahanlara, təkrar dinləmə və yay semestrinə qeydiyyat aparmaq;Tələbələrin psixoloji, sosial və akademik ehtiyaclarını müşahidə etmək, zəruri hallarda onları aidiyyəti strukturlara yönləndirmək;Tələbə ilə tyutor arasında səmərəli ünsiyyət və əməkdaşlığı təmin etmək;Tələbələrin inkişafını mütəmadi olaraq izləmək;Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.Namizədə dair tələblərAli təhsil;Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;Təhsil sahəsində iş təcrübəsi;Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;İngilis və ya rus dili bilikləri;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Analitik düşünmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.İş rejimiİş qrafiki: Bazar ertəsi–cümə, 09:00–18:00Nahar fasiləsi: 13:00–14:00Ünvan: Bakı şəhəri, F.X.Xoyski prospekti 98Müraciət qaydasıSon müraciət tarixi: 30.08.2026Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır.Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.