Vakansiya haqqında
📍AIMC (Azerbaijan International Mining Company) İş şəraitiİş yeri: Gədəbəy şəhəri, Azərbaycanİş qrafiki: Tam ştat (22 iş günü / 9 istirahət günü)Vəzifə öhdəlikləri:Geofizika və geologiyanın əsas sahələrinə dair biliklərə malik olmaq;Geologiya və geofizika sahəsində tədqiqatların aparılması, nəzəriyyələrin, konsepsiyaların və metodların işlənib hazırlamaq və təkmilləşdirmək işlərində iştirak etmək;Müvafiq geofiziki ölçmə və məlumatların emalı üsullarını müəyyənləşdirmək;Geoloji işlərin aparılması istiqamətində məlumatların təhlilini və sistemləşdirilməsini həyata keçirmək;Geofiziki avadanlıqları sınaqdan keçirmək, profillərin təyin etmək və cihazların sazlığına nəzarət etmək;Maqnitometriya (“GSM-19”) cihazından istifadə edərək ölçmələr aparmaq və əldə olunmuş məlumatları müvafiq proqram təminatı vasitəsilə interpretasiya etmək;Yerin maqnit sahəsinin ölçülməsi və tədqiqini həyata keçirmək;Tədqiqat nəticəsində alınmış məlumatların araşdırılması, geoloji hesabatların, xəritələrin, xəritələrinin və diaqramların hazırlamaq;Təşkilatın ərazisində fəaliyyət göstərən podratçı təşkilatlara texniki dəstək göstərmək;Layihə sənədlərinin mövcud normaların, qaydaların və metodların tələblərinə uyğunluğunu yoxlamaq;Verilənləri emal etmək, geofiziki obyektlərin ikiölçülü (2D) proyeksiyalarını və üçölçülü (3D) modellərini hazırlamaq;Ehtiyat hissələrinin, alətlərin və digər materialların anbardakı mövcudluğuna nəzarət etmək, zəruri sifarişləri vermək və icra prosesini izləmək;Geofizika sahəsində yaranan texniki problemləri operativ şəkildə araşdırmaq, həlli üçün təmir komandasına müvafiq göstərişlər vermək və icrasına nəzarət etmək;Avadanlıqların texniki vəziyyətinin optimallaşdırılması üçün daim müzakirələr aparmaq;Sahədə olan köməkçi avadanlıqların texniki cəhətdən saz və istifadəyə hazır olmasını nəzarətdə saxlamaq;Geofiziklərin işlərinə, təhlükəsizlik qaydalarına riayət etməklə, düzgün şəkildə yerinə yetirməsinə nəzarət etmək;Kəşfiyyat işlərinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təkliflər hazırlamaq və operativ tədbirlər görmək;Tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək keyfiyyətlə icra etmək;Təhlükəsizlik, sağlamlıq, istehsalat sanitariyası, yanğından mühafizə, daxili əmək intizamı və vəzifə təlimatlarının tələblərinə riayət etmək.Tələb edilin bilik və bacarıqlar:Ali təhsil (Geofizika-geologiya və ya müvafiq mühəndislik ixtisası üzrə)Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ümumi biliklərGeoloji-kəşfiyyat və qazma işləri üzrə əsas biliklərQuyuların inklinometriya ölçmələrinin aparılması üzrə bilik (“Reflex Ez-Trac”, “DeviShot” və s.)Kompas və GPS cihazlarından istifadəTopoqrafik məlumatların oxunması və təhliliMaqnitometriya, ERT və IP geofiziki metodları üzrə praktiki təcrübə (üstünlük hesab olunur)Geofiziki cihaz və avadanlıqlar üzrə yeni texnologiyaları izləmək və bilikləri daim yeniləməkAnalitik düşünmə və problem həll etməYüksək təşkilatçılıq və effektiv kommunikasiya bacarığıMüxtəlif ərazilərdə işləməyə və ezamiyyətlərə hazır olmaqAzərbaycan və İngilis dillərini orta səviyyədə bilməkMicrosoft Office proqramlarından istifadə bacarığıİmtiyazlar: QidalanmaYaşayışAylıq telefon danışıq limitiTibbi sığortaİş sahəsinə gediş-gəliş nəqliyyatıZəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
