Vakansiya haqqında
📍Eden Agro MMCStruktur: Mexanizasiya departamentiBirbaşa rəhbər: Mexanizasiya departamentinin rəhbəriİş şəraitiİş yeri: Yevlax və Beyləqanİş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)Vəzifə öhdəlikləri:Texniki bazalarda təmir fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;TO-3, TO-4, diaqnostika və ağır təmir işlərinin təşkili və icrasına nəzarət edilməsi;Təmirə daxil olan texnikanın prioritetləşdirilməsi və təmir qrafiklərinin hazırlanması;Təmir işlərinin texniki standartlara və istehsalçı tələblərinə uyğunluğunun təmin edilməsi;Təmir heyətinin (baş mexanik, mexanik, çilingər, qaynaqçı, elektronçu və s.) iş bölgüsünün aparılması;Təmir sonrası texnikanın qəbul, sınaq və istismara təhvil proseslərinin təşkili;Təkrar nasazlıqlar üzrə səbəb-nəticə analizinin aparılması və preventiv tədbirlərin görülməsi;Texniki bazalarda avadanlıq, alət və ehtiyat hissələrinin səmərəli istifadəsinə nəzarət edilməsi;Təmir xərcləri, texnika dayanma müddətləri və effektivlik üzrə aylıq hesabatların hazırlanması;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.Vəzifə tələbləri:Ali təhsil (mexanika mühəndisliyi, elektrik mühəndisliyi, energetika və ya əlaqəli sahələr)Mexaniki və elektrik sistemləri üzrə bilikTexniki avadanlıqların istismarı və təmiri üzrə praktiki bacarıqPlanlaşdırma və texniki problemlərin analizi bacarığıMinimum 3–5 il istismar, texniki xidmət və ya əməliyyatların idarə olunması sahəsində təcrübəMəsuliyyətli və operativ qərarvermə bacarığıStressə davamlılıqAnalitik düşüncə və problem həll etmə bacarığıKomandada işləmək və liderlik qabiliyyətiAzərbaycan dili səlis, İngilis dili üstünlükdürERP və texniki servis proqramları ilə işləmə üstünlükdürQeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kənd təsərrüfatı texnikalarının təmiri üzrə menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
