Vakansiya haqqında
📍Zeytun Pharmaceuticals Tələblər:Ali təhsil — iqtisadiyyat, marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə;Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;Azərbaycan dilini səlis bilməsi, rus və ingilis dillərini bilməsi üstünlükdür; 1C və MS Office proqramların yüksək səviyyədə bilməsi; Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);Kateqoriya menecmenti, çeşid siyasəti, qiymətlərin formalaşdırılması, marjanın idarə edilməsi və kampaniyaların təşkili prinsiplərini yaxşı bilməsi; Satış və maliyyə göstəricilərinin təhlili üzrə güclü analitik bacarıqlar; Liderlik və komanda idarəetmə bacarığı; Nəticəyönümlülük və yüksək məsuliyyət; Təşəbbüskarlıq, sistemlilik və yüksək təşkilatçılıq qabiliyyəti.Vəzifə funksiyaları: Kateqoriya menecmenti şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi; Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət; Ticarət kateqoriyalarının inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi; Kateqoriyalar üzrə satış, gəlirlilik, marja, dövriyyə və digər əsas göstəricilərin təhlili; Məhsul çeşidinin formalaşdırılması və optimallaşdırılması; Effektiv olmayan və aşağı dövriyyəli məhsulların müəyyən edilməsi və çeşiddən çıxarılması ilə bağlı təkliflərin hazırlanması; Yeni məhsulların çeşidə daxil edilməsi və onların satış potensialının qiymətləndirilməsi; Məhsullar üzrə qiymət siyasətinin hazırlanması və bazardakı rəqiblərin qiymətlərinin monitorinqi; Endirim və kampaniyaların hazırlanması, nəticələrinin təhlili və effektivliyinin qiymətləndirilməsi; Satış və mənfəət planlarının kateqoriyalar üzrə hazırlanması və icrasına nəzarət; Məhsul qalıqlarının və stokların effektivliyinin təhlili, artıq və aşağı dövriyyəli qalıqların azaldılması üzrə tədbirlərin hazırlanması; Əsas məhsullar üzrə çatışmazlıqların qarşısının alınması və məhsul mövcudluğunun təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması; Təchizatçılarla kommersiya şərtlərinin müzakirəsində iştirak etmək; Təchizatçılar üzrə alış qiymətləri, bonuslar, retrobonuslar və digər kommersiya şərtlərinin təhlili; Rəqiblərin fəaliyyətinin, bazar tendensiyalarının və istehlakçı tələbatının monitorinqi; Yeni və mövcud apteklər üzrə çeşid, qiymət və kateqoriya strategiyasının hazırlanmasında iştirak; Şöbənin fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Kateqoriya menecerlərinin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və nəticələrinin KPI-lar əsasında izlənilməsi; Kateqoriya menecmenti, satış, marketinq, satınalma, logistika və maliyyə şöbələri arasında effektiv əməkdaşlığın təmin edilməsi. İş şəraiti:İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);Tibbi sığorta və nahar;Peşəkar təlim və inkişaf imkanları;Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;Əmək haqqı – Namizədin bilik və bacarığına əsasən təyin edilir.Əlavə suallar üçün 050-253-01-59 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən yaza bilərsiniz.Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Kateqoriya üzrə menecer qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
