Vakansiya haqqında
OMİD Mağazalar Şəbəkəsinin Əhməd Rəcəbli, Dərnəgül, Sabirabad, Göyçay, Şəmkir filialları üçünkassir vakansiyası aktivdir.İş barədə məlumat:· Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;· Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;· Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;· Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;· Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;· Mağazanın forma geyim tələblərinə riayət etməlidir;· 6 günlük iş rejimi.· Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.Namizədə tələblər:· 18-30 yaş (yalnız xanım namizədlər);· Bəsit riyazi biliklərin olması vacibdir;· Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);· Müvafiq sahədə təcrübənin olması üstünlükdür.Əmək şəraiti:· Əmək haqqı: 400-600 AZN;· İş rejimi: Həftənin 6 günü;· Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur. Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Kassir” başlığı ilə qeyd etməklə cv@omid.az elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
