Vakansiya haqqında
TəsvirKassanın işçilərinə rəhbərlik edilməsi, onların iş həcminin təhlil edilməsi və iş bölgüsünün aparılması;Müştərilərə xidmət göstərilməsinin təmin edilməsi, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxili və məxaricinin həyata keçirilməsi;Xəzinəyə daxil olan və çıxan vəsaitlərin əməliyyatlarının aparılması və nəzarət edilməsi;Gündəlik nağd manat ve valyuta ehtiyyacının müəyyən olunmasında iştirak edilməsi;Xəzinədə olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsi;Valyuta mübadiləsi əməliyyatlarının həyəta keçirilməsi;Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsi;Bankomatların nağd pulla yüklənməsi və boşaldılması prosesinin həyata keçirilməsi;Nağd pul və digər qiymətlilərin inkassasiyası;Filialda quraşdırılmış ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi;Xəzinədə olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə nəzarət. TələblərAli iqtisadi təhsil;Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər;Məsuliyyətlilik və dəqiqlik;Microsoft Office proqramlarının üzrə istifadəçi səviyyəsində biliklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
