Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Kadrlar üzrə mütəxəssis

HacıqabulMənbə: Work.az

Vakansiya haqqında

Gilan Seramik Əsas vəzifə öhdəlikləri:Şirkətin insan resursları siyasətinin, daxili prosedur və qaydalarının tətbiqini, icrasını və təkmilləşdirilməsini təmin etmək;Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələri və əlaqəli kadr sənədlərinin ƏMAS sistemi üzərindən rəsmiləşdirilməsini təmin etmək;İşçilərin şəxsi işlərinin formalaşdırılmasını, elektron sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsini, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;Vakansiyaların hazırlanmasını, namizədlərin axtarışı, qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesinin koordinasiyasını həyata keçirmək;Aylıq iş vaxtı uçot tabellərini, məzuniyyət qrafiklərini və ezamiyyət sənədlərini hazırlamaq, əmək haqqı və digər ödənişlərlə bağlı məlumatları mühasibatlığa təqdim etmək;Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmrləri, vəzifə təlimatlarını, arayışları və digər kadr sənədlərini hazırlamaq;Əmək haqqı kartlarının sifarişi və izlənməsi;ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət informasiya sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgün inteqrasiyasına nəzarət etmək;İşçi sayı, vakansiyalar, məzuniyyət qalıqları, işçi dövriyyəsi və digər əsas HR göstəriciləri üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil edərək rəhbərliyə təqdim etmək;Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkili;Fəaliyyət sferası çərçivəsində digər vəzifə və öhdəliklər.Namizədə dair tələblər:Ali təhsil (bakalavr);İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktiki biliklər;İnsan resurslarının əsas funksiyaları, standartları və prosedurları üzrə biliklər;ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron platformaları ilə işləmə bacarığı;İşə qəbul və müsahibə metodologiyaları üzrə bilik və təcrübə;Analitik düşüncə, yüksək məsuliyyətlilik, operativlik və detallara diqqət;Effektiv ünsiyyət, təqdimat, problem həll etmə və komanda ilə işləmə bacarıqları;Şəxsi məlumatların qorunması və məxfilik prinsiplərinə ciddi riayət etmək.1C, Ofis proqramlarını əla səviyyədə istifadə bacarığıİş şərtləri:İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)Nahar şirkət tərəfindən təmin edilirƏmək haqqı: Bilik və bacarıqdan asılı olaraq 800-1000 AZN İş yeri: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu kmŞirvan və Hacıqabul şəhərlərindən olan namizədlərə üstünlük verilir.Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.Uyğun namizədlərdən CV-lərini “Kadrlar üzrə mütəxəssis” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.