Vakansiya haqqında
📍AZSİM İş barədə məlumatJURNALİSTSahibkarların İnformasiya Mərkəzi sahibkarlıq sahəsinə yönəlmiş yeni media qurumu olaraq komandamıza peşəkar və məsuliyyətli jurnalist axtarır.* Əmək haqqı: 1000–1200 AZN;* İş qrafiki: 5 günlük iş həftəsi; Ünvan:Cəlil Məmmədquluzadə 102A, City Point Biznes MərkəziŞəkilli "CV"nizi mövzu yerinə "Jurnalist" yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur (hr@moongroup.az).Öhdəliklər* Gündəlik xəbər lentinin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi və onların operativ şəkildə işıqlandırılması;* Sahə üzrə mütəxəssislərdən, rəsmi şəxslərdən müsahibələrin götürülməsi və ekspert rəylərinin təşkil edilməsi;* Xəbər axtarışı, dərin araşdırmaların aparılması və müxtəlif janrlarda (reportaj, məqalə və s.) kontentin yaradılması;* Mürəkkəb mövzuların (rəsmi, hüquqi və s.) oxucu üçün anlaşılan dildə hekayələşdirilməsi (storytelling) və vizuallaşdırılması üçün təkliflərin verilməsi;* Yazılı mətnlərin SEO (axtarış motoru optimizasiyası) qaydalarına uyğunlaşdırılması və müəllif hüquqları qorunmaqla digər media resurslarından materialların adaptasiyası.Tələblər* Yaş: 25–40;* Təhsil: Ali təhsil;* İş təcrübəsi: 1–3 il;* Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);* Analitik düşüncə və məlumatları strukturlaşdırmaq bacarığı;* Operativlik və informasiyanı yüksək sürətlə emal etmə qabiliyyəti;* Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;* MS Office, əsas onlayn alətlər və SEO jurnalistikası prinsipləri ilə işləmək bacarığı;* Media etikası və müvafiq qanunvericilik normaları haqqında məlumatlılıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
