Vakansiya haqqında
📍Media Balans şirkətinə Junior Creative Copywriter axtarırıqŞirkətimizin kreativ komandasına yaradıcı düşüncəyə sahib və bu sahədə inkişaf etmək istəyən Junior Creative Copywriter axtarırıq. Vəzifə öhdəlikləri:• Müxtəlif platformalar üçün yaradıcı mətnlərin hazırlanması;• Mövcud mətnlərin redaktə edilməsi və brend tonuna uyğunlaşdırılması;• Reklam kampaniyaları üçün başlıq, sloqan, key visual mətnləri və digər kreativ kommunikasiya materiallarının hazırlanmasında iştirak;• Brend strategiyalarına və kommunikasiya istiqamətlərinə uyğun kreativ ideyaların hazırlanmasına dəstək;• Kreativ komanda ilə sıx əməkdaşlıq edərək layihələrin hazırlanmasında iştirak;• Trendlərin izlənilməsi və ideyalaşdırma prosesində tətbiq edilməsi. Namizədə tələblər:• Marketinq, Jurnalistika, Filologiya, PR, Kommunikasiya və ya əlaqədar sahələr üzrə ali təhsil;• Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı (İngilis dili və Rus dili üstünlükdür)• Kreativ düşünmək, ideyaları qısa, təsirli və məqsədyönlü formada ifadə etmək bacarığı;• Yeniliklərə, öyrənməyə və peşəkar inkişafa açıq olmaq;• Komanda ilə işləmək və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq bacarığı. Nahar şirkət tərəfindən təmin olunur; Servis xidməti mövcuddur;Maraqlanan namizədlər CV və portfoliolarını cv@mediabalans.com ünvanına göndərə bilərlər.Mövzu hissəsində “Junior Creative Copywriter” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
