Vakansiya haqqında
IV “Maarifçi” Tələbə-Məzun Təcrübə Proqramına qeydiyyat başlayırMartın 11-dən Elm və Təhsil Nazirliyi təşəbbüsü və Təhsilin İnkişafı Fondu dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramının IV mərhələsinə müraciət qəbulu başlayır.Proqram kimlər üçün nəzərdə tutulub“Rəqəmsal gələcək” şüarı ilə keçirilən proqram aşağıdakı şəxslər üçün nəzərdə tutulub:bakalavriat səviyyəsinin sonuncu kurs tələbələrimagistratura tələbələrison 3 il ərzində məzun olmuş gənclərTəcrübə proqramı haqqında4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar:Elm və Təhsil Nazirliyinin struktur bölmələrindəNazirliyə tabe qurumlardaregional təhsil idarələrindəNaxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindəreal iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.Proqramın məqsədiProqramın əsas məqsədi gənclərin nəzəri biliklərini praktikada tətbiq etməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və real iş təcrübəsi qazanmasına dəstək olmaqdır.Qeyd edək ki, 2024–2025-ci illərdə proqram çərçivəsində 102 gənc məzun olub və onların 50 nəfəri artıq Elm və Təhsil Nazirliyi və tabe qurumlarda işlə təmin olunub.MüraciətProqrama qoşulmaq istəyən şəxslər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:🔗 https://anket.edu.az/user/309
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
