Vakansiya haqqında
Salam hər vaxtınız xeyir.“Solutions Group” şirkəti IT sahəsində Təcrübəçi (Intern) axtarır.Aranızda və ya tanıdığınız tələbələrdən, həmçinin IT sahəsində (Helpdesk, System & Network Administrator) istiqamətində təcrübə qazanmaq istəyən şəxsləri komandamızda görməkdən məmnun olarıq.Şirkət haqqındaSolutions Group yeni yaradılmış IT xidmət şirkətidir. Şirkət müxtəlif bizneslərə IT support, sistem və şəbəkə infrastrukturlarının qurulması və idarə olunması, texniki dəstək və IT məsləhət xidmətləri təqdim edir.Komandamızın əsas məqsədi şirkətlərin IT infrastrukturunun stabil, təhlükəsiz və effektiv şəkildə işləməsini təmin etmək, eyni zamanda müştərilərə operativ texniki dəstək göstərməkdir.Hazırda şirkət müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatlara yerində və uzaqdan IT dəstək xidmətləri təqdim edir və fəaliyyətini genişləndirməkdədir.İş haqqındaTəcrübə proqramı çərçivəsində iştirakçı aşağıdakı işlərdə təcrübə qazanacaq:Şirkətlərdə şəbəkənin qurulması prosesində iştirak (nəzarət altında)Server əməliyyat sistemlərində bəzi ilkin əməliyyatların icrasıMüştərilərin xırda IT problemlərinin AnyDesk və ya digər uzaqdan qoşulma vasitələri ilə həlliZərurət olduqda yerində texniki dəstək göstərilməsiTəcrübə proqramı haqqındaTəcrübə proqramı ödənişsizdirİştirakçılar real iş mühitində praktiki IT təcrübəsi qazanacaqlarYol xərcləri şirkət tərəfindən qarşılanırŞirkətlərin əksəriyyəti Bakı şəhərində yerləşirQeydIT sahəsinə marağı olan və bu sahədə inkişaf etmək istəyən şəxslərin müraciət etməsi tövsiyə olunur.Təcrübə proqramının məqsədi iştirakçılara praktiki bilik və real iş təcrübəsi qazandırmaqdır.Maraqlanan şəxslər CV-lərini hr@solutions.azemail ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
