Vakansiya haqqında
TəsvirLayihənin planlaşdırılması və icrası: layihənin məqsədlərinə uyğun olaraq ətraflı plan hazırlamaq və onun uğurla həyata keçirilməsini təmin etmək;Büdcə və resurs idarəetməsi: layihə büdcəsini təyin etmək, xərcləri izləmək və resursların səmərəli istifadəsini təmin etmək;Risklərin idarə edilməsi: layihə ilə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların qarşısını almaq üçün strategiyalar;Keyfiyyətin təminatı: layihə nəticələrinin müəyyən edilmiş keyfiyyət standartlarına uyğun olmasını təmin etmək;Əlaqələrin idarə edilməsi: layihə iştirakçıları, müştərilər və digər maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və əlaqələri idarə etmək;Təqvim və vaxt idarəetməsi: layihə fəaliyyətlərinin vaxtında və planlaşdırılmış təqvimə uyğun həyata keçirilməsini təmin etmək;Təchizat və müqavilələrin idarə edilməsi: təchizatçılarla müqavilələrin hazırlanması, icrası və nəzarəti;Komanda idarəetməsi: layihə komandasının rəhbərliyi, motivasiyası və inkişafını təmin etmək.Layihə hesabatlarının hazırlanması: layihənin gedişi, nəticələri və qarşılaşdığı çətinliklər barədə müntəzəm hesabatlar hazırlamaq;Əməliyyatların təkmilləşdirilməsi və inovasiya: layihənin həyata keçirilməsi zamanı əməliyyatların təkmilləşdirilməsi və innovativ həllərin tətbiqini təmin etmək. TələblərTəhsil səviyyəsi: Ali (Bakalavr);Layihələrin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;Aviasiya sahəsində təcrübəsi üstünlükdür;Problemi həll etmə, analitik düşünmə bacarığı;Komanda ilə işləmə bacarığı;Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;Danışıqların aparılması bacarığı;Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;İdarəetmə bacarığı;Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;Təqdimat bacarıqları;Dəyişikliklərə uyğunlaşmaq bacarığı;Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta). İş qrafiki:Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri:Heydər Əliyev Beynəlxalq Hava Limanı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
