Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

IT Əməliyyatları və DevOps Meneceri

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Rewire Model Groupİş şəraiti: İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plazaİş qrafiki: Tam iş günüŞirkətimizin daxili serverlərində və müştəri obyektlərində proqram həllərinin quraşdırılması, konfiqurasiyası, monitorinqi və texniki dəstəyi üçün IT Operations & DevOps Engineer axtarırıq. Bu vəzifə DevOps öhdəlikləri ilə yanaşı ümumi IT problemlərinin həlli, sistem inzibatçılığı, kibertəhlükəsizlik, ehtiyat nüsxələmə və müştəri tərəfində texniki dəstəyi də əhatə edir.Əsas öhdəliklərŞirkətin proqram həllərinin müştəri obyektlərində və daxili serverlərdə quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi. Veb tətbiqlərin, backend servislərin, verilənlər bazalarının, dashboardların, ERP/CRM sistemlərinin, chatbotların və digər əlaqəli alətlərin deployment proseslərinə dəstək. Linux serverlərin, virtual maşınların, Docker konteynerlərinin və cloud/on-premise infrastrukturun idarə olunması. PostgreSQL verilənlər bazalarının, veb serverlərin, reverse proxy-lərin, SSL sertifikatlarının, domenlərin, DNS və e-mail ilə bağlı texniki ayarların qurulması və idarə olunması. GitHub/GitLab repozitoriyalarının, branch-lərin, giriş icazələrinin, deployment workflow-larının və release proseslərinin developer komandası ilə koordinasiyası. GitHub Actions və ya oxşar alətlər vasitəsilə CI/CD pipeline-larının və deployment avtomatlaşdırmasının dəstəklənməsi. Sistem performansının, uptime göstəricilərinin, logların, backup-ların, server vəziyyətinin və təhlükəsizlik statusunun monitorinqi. Serverlər, tətbiqlər, şəbəkə, istifadəçi girişləri, verilənlər bazaları, proqram quraşdırmaları və inteqrasiyalarla bağlı texniki problemlərin araşdırılması və həlli. Backup prosedurlarının qurulması, idarə edilməsi, restore testlərinin və əsas disaster recovery proseslərinin təşkili. Giriş icazələri, firewall qaydaları, istifadəçi səlahiyyətləri, yenilənmələr, təhlükəsiz bağlantılar və server hardening kimi kibertəhlükəsizlik tədbirlərinin dəstəklənməsi. Test, staging və production mühitlərinin hazırlanmasında software developer-lərlə əməkdaşlıq. Müştəri obyektlərində quraşdırma zamanı və deployment-dən sonra texniki dəstək göstərilməsi. Texniki sənədlərin, quraşdırma təlimatlarının, backup prosedurlarının və support materiallarının hazırlanması. Tələb olunan bilik və bacarıqlarIT operations, sistem inzibatçılığı, DevOps, infrastruktur və ya oxşar texniki sahədə minimum 3 il iş təcrübəsi. Linux server inzibatçılığı üzrə güclü praktiki bilik. PostgreSQL üzrə güclü praktiki bilik: database administration, backup və restore, istifadəçi icazələri, connection management, performance monitoring və troubleshooting. Git və GitHub/GitLab üzrə güclü praktiki bilik: repository management, branching strategy, access permissions, pull requests, code review workflows, release management və developer-lərlə koordinasiya. Docker və konteyner idarəçiliyi üzrə praktiki təcrübə. Veb tətbiqlər, API-lər, verilənlər bazaları və client-server arxitekturası haqqında anlayış. Proqram təminatının quraşdırılması, konfiqurasiyası, troubleshooting və texniki dəstək üzrə təcrübə. IP address, port, DNS, firewall, VPN, SSH, SSL və domen konfiqurasiyası kimi şəbəkə əsasları üzrə bilik. Kibertəhlükəsizlik, access management, backup və sistem yenilənmələri üzrə baza bilikləri. Logları oxumaq, xətaları müəyyən etmək və texniki problemləri müstəqil həll etmək bacarığı. Developer komandası, rəhbərlik və müştəri tərəfinin texniki komandası ilə effektiv ünsiyyət bacarığı. Məsuliyyətli, təşkilatçı, detallara diqqətli və kiçik komanda mühitində işləmək bacarığı. Üstünlük sayılan bacarıqlarGitHub Actions və ya oxşar CI/CD alətləri ilə build, test, deployment, backup, notification və digər DevOps workflow-larının avtomatlaşdırılması təcrübəsi. PostgreSQL replication, high availability, database migration və advanced performance tuning üzrə təcrübə. Cloud platformalar, VPS və on-premise server quraşdırmaları üzrə təcrübə. Nginx, Ansible, monitoring tools, scripting və infrastructure automation üzrə bilik. ERP, CRM, dashboard, chatbot və AI yönümlü sistemlərlə iş təcrübəsi. Windows Server, Active Directory, Microsoft 365 və müştəri tərəfi IT infrastrukturu üzrə bilik. Texniki sənədlərin və implementation report-ların hazırlanması təcrübəsi.CV və ən maraqlı infrastruktur/data layihəniz haqqında qısa məlumatı mövzuda “IT Operations & DevOps Engineer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.