Vakansiya haqqında
TəsvirBankın daxili proqram təminatlarının dəstəklənməsi və inkişafı;Mövcud və gələcək biznes proseslərinin, iş axınlarının və onların proqram təminatı ilə əlaqələrinin təhlili və sənədləşdirilməsi;Tələblərin toplanması, təhlili və aidiyyəti daxili və xarici işçi qrupları ilə effektiv ünsiyyətin qurulması;Biznes proseslərin təhlili və onların texniki baxımından dərin detallandırılması;Texniki və istifadəçi səviyyəsində sənədlərin hazırlanması (use case, texniki tapşırıqlar və s.);Test ssenarilərinin hazırlanmasında iştirak və dəyişikliklərin tələblərə uyğunluğunun yoxlanılması;Dəyişdirilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;Biznes proseslərin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların hazırlanması;Təklif olunan layihələrin miqyasının, faydalarının və risklərinin qiymətləndirilməsi və optimallaşdırılması üzrə İT rəhbərliyinə və biznes istifadəçilərinə dəstək göstərilməsi;İstifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə olunmasına dəstək verilməsi;Texniki şöbələrlə və aidiyyəti strukturlarla iş sorğularının və layihə fəaliyyətlərinin koordinasiyası;Təcrübələr və texniki imkanlar əsasında alternativ və səmərəli həllərin təklif olunması;Təhlil nəticəsində hesabatların hazırlanması, imkanlarının təmin edilməsi və potensial risklərin müəyyən edilməsi. TələblərAli təhsil (İqtisadiyyat və ya Texniki ixtisaslar üzrə);Bank sektorunda ən azı 2 il iş təcrübəsi;Azərbaycan dili, rus dili biliyi yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır;Agile metodologiya üzrə biliklər arzuolunandır;Bank işinin kredit və qeyri-kredit sahələri, mövcud biznes prosesləri, əməliyyatların icra olunma ardıcıllığı və bank qanunvericiliyi barədə biliklər;Bankdaxili, kənar və ümumi istifadə proqram təminatları (məs. GNI, BPM, Postman, JIRA, Microsoft Office və s.) ilə işləmə bacarığı və təcrübəsiSQL və PL/SQL bilikləri (arzuolunandır);Güclü analitik düşüncə, təşkilati və ünsiyyət bacarıqları;Effektiv kommunikasiya və komandada işləmə bacarığı;Vəzifələri prioritetləşdirmək və işləri düzgün təşkil etmək bacarığı;Müstəqil qərarvermə və idarəçilik təcrübəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
