Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

IT Biznes Analitik

BakıMənbə: Work.az

Vakansiya haqqında

İş təcrübəsi3-4 ilVakansiya növü: Tam ştatKateqoriya: Elm, Texnologiya və MühəndislikVəzifə: MütəxəssisElan tarixi: 18-05-2026Son Tarix: 17-06-2026 Vəzifə və öhdəliklərBiz komandamıza risk modelləşdirilməsi və scoring həllərinin inkişafı istiqamətində çalışacaq IT Biznes Analitik axtarırıq. Namizəd kredit skorinq, risk qiymətləndirilməsi, qərarvermə mühərrikləri və əlaqəli bank sistemləri üzrə biznes tələblərinin toplanması, təhlili və texniki komandaya ötürülməsinə cavabdeh olacaq.Bu rol biznes, risk və İT komandaları arasında koordinasiyanı təmin etməklə yanaşı, risk modellərinin tətbiqi, optimallaşdırılması və inkişaf layihələrində aktiv iştirak etməyi nəzərdə tutur. Əsas vəzifə öhdəlikləriRisk modelləşdirilməsi və skorinq layihələri üzrə biznes tələblərinin toplanması və təhlili;Kredit skorinq, "antifraud", "risk assessment" və "decision engine" sistemləri üzrə dəyişiklik tələblərinin hazırlanması;Biznes proseslərinin və sistem inteqrasiyalarının analiz və sənədləşdirilməsi;Risk və biznes komandaları ilə texniki komandalar arasında koordinasiyanın təmin edilməsi;User Story, BRD, SRS, Use Case, Process Flow və digər analitik sənədlərin hazırlanması;Mövcud scoring və risk proseslərinin optimallaşdırılması üzrə təkliflərin verilməsi;API inteqrasiyalarının, məlumat axınlarının və sistem qarşılıqlı əlaqələrinin təhlili;Test ssenarilərinin hazırlanmasına və UAT proseslərinə dəstək göstərilməsi;Layihələrin icrası zamanı yaranan problemlərin araşdırılması və həll prosesində iştirak;Layihələrin statusu üzrə hesabatların hazırlanması;Risk modelləri ilə əlaqəli məlumatların keyfiyyətinə və biznes qaydalarına nəzarət;Bankdaxili normativ sənədlərin və Mərkəzi Bank tələblərinin nəzərə alınmasının təmin edilməsi;Agile/Scrum yanaşması ilə çalışan squad daxilində aktiv iştirak. TələblərTəhsilAli iqtisadi, texniki və ya riyazi təhsil;İş təcrübəsiBank və ya maliyyə sektorunda minimum 2-3 il biznes analitik təcrübəsi;Risk, scoring və ya kredit sahəsində təcrübə üstünlükdür;Texniki biliklərSQL bilikləri;API və inteqrasiya prinsipləri üzrə anlayış;BPMN, UML və proses modelləşdirmə bilikləri;Jira, Postman və analitik alətlərlə iş təcrübəsi;Verilənlər bazaları və məlumat analizi üzrə baza bilikləri;Dil bilikləriAzərbaycan dili — səlis;Rus dili və ya ingilis dili — işgüzar səviyyədə; Peşəkar və şəxsi bacarıqlarAnalitik və sistemli düşüncə;Problem həll etmə bacarığı;Güclü kommunikasiya və təqdimat bacarıqları;Prioritetləşdirmə və vaxt idarəetməsi;Komanda ilə effektiv işləmə bacarığı;Detallara diqqətlilik;Yeni texnologiya və biznes sahələrini sürətli öyrənmə qabiliyyəti. Üstünlük hesab olunurCredit Scoring modelləri üzrə anlayış;Decision Engine və Rule Engine sistemləri ilə iş təcrübəsi;Python və ya data analitika üzrə baza bilikləri üstünlükdür;Agile/Scrum sertifikatları;Banking core sistemləri ilə iş təcrübəsi. Biz təklif edirikMüasir bank texnologiyaları və data-driven qərarvermə mühitində çalışma imkanı;Güclü və peşəkar komanda;Maraqlı və strateji layihələrdə iştirak;Rəqabətli əmək haqqı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.