Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İstismar xidmətləri üzrə koordinator

BakıMənbə: Work.az

Vakansiya haqqında

Təsvir· Xidmət tələbləblərini və sorğuları qəbul etmək, qeydə almaq, prioritetləşdirmək və texniki heyətə yönləndirmək, kirayəçilərin və əməliyyatların sorğularının vaxtında həllini təmin etmək;· İş yükü, təxirəsalınmazlıq və mütəxəssislik səviyyəsinə əsasən texniki işləri müvafiq heyətə və ya podratçılara təhkim etmək;· Kirayəçilər, obyektin idarə heyəti və texniki xidmət qrupu arasında əsas əlaqələndirici olmaq, xidmət tələbləri və texniki işlərin cədvəli haqqında məlumat vermək;· Texniki xidmət fəaliyyətlərini, iş sifarişlərini və avadanlıq servis tarixçəsini dəqiq qeydiyyata almaq (CMMS və ya digər sistemlər vasitəsilə);· Texniki xidmət üçün tələb olunan alət, ehtiyat hissələri və materialları izləmək, ehtiyatların vaxtında yenilənməsi üçün satınalma şöbəsi ilə əməkdaşlıq etmək;· Texniki xidmət işlərinin təhlükəsizlik qaydalarına, şirkət siyasətinə və ümumi standartlarına uyğunluğunu təmin etmək.· Elektrik kəsintisi, santexnika nasazlığı və yanğın siqnal sisteminin işə düşməsi kimi fövqəladə hallarda operativ tədbirlər görmək;· Texniki xidmət üzrə işlərin icra göstəriciləri və tamamlanmış iş sifarişləri barədə hesabatlar hazırlamaq;· Texniki xidmət prosedurlarının və iş proseslərinin daha səmərəli və qənaətcil olması üçün təkliflər vermək;· Texniki sistemlərin və obyektin ümumi vəziyyətinin mütəmadi yoxlanmasını həyata keçirmək, aşkar edilən nasazlıqları dərhal həll etmək üçün tədbirlər görmək;· BMS üzərindən mühəndis sistemlərini izləmək və lazımi hallarda texniki qrupa yönləndirmək;· Gecə növbəsi, həftəsonları və bayram günlərində fövqəladə hallarda təmizlik komandasını yönləndirmək, obyektin təmizlik və gigiyena standartlarını qorumaq; TələblərAli təhsil;Səlis Azərbaycan dili biliyi, ingilis dili yaxşı səviyyədə;Komandada işləmə bacarığı;Yüksək ünsiyyətqurma bacarığı;ERP sistemi ilə işləmə bacarığı;Office proqramları ilə işləmə bacarığı;Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.