Vakansiya haqqında
📍Ram Holding Komandamıza işə qəbul üzrə təcrübəçi axtarırıq! Karyerana HR sahəsində uğurlu bir başlanğıc vermək istəyirsənsə, bu fürsət sənin üçündür!Port Baku Biznes Mərkəzində yerləşən ofisə işə qəbul komandasına təcrübəçilər axtarırıq. Təcrübə proqramı 3 ay davam edəcək və uğurla başa vuran namizədlər davamlı əməkdaşlıq təklifi alacaq.Tələblər:Ali təhsil (biznes menecment, psixologiya və ya oxşar sahədə olması üstünlükdür)Rus və ya İngilis dillərindən birini yaxşı səviyyədə bilməkÖyrənməyə həvəsli, təşəbbüskar və məsuliyyətli olmaqİş şəraiti:Həftə içi 5 gün (part-time)İş yeri: Port Baku 2Təcrübə proqramı çərçivəsində təklif etdiklərimiz:Gündəlik nahar təminatıPeşəkar təlim və inkişaf proqramlarında iştirak imkanıSeçilmiş online təlim platformalarından ödənişsiz istifadə imkanıReal HR komandasında çalışaraq praktiki biliklərUğurlu nəticə göstərən təcrübəçilərlə davamlı iş imkanıVəzifə öhdəlikləri:İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;Namizədlərlə müsahibələrin təşkili və iştirakı;Namizəd bazasının formalaşdırılması və yenilənməsi;Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;Prosedurlara uyğun olaraq yeni işçi ilə aylıq müsahəbilərin təşkili;İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirakı.Bu, sənə real iş mühiti ilə tanış olmaq, biliklərini tətbiq etmək və HR sahəsində ilk peşəkar addımını atmaq üçün mükəmməl fürsətdir!Müraciət üçün CV-nizi “İşə Qəbul üzrə Təcrübəçi” yazaraq Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə və yahttps://careers.ram.az/?vacancy=1719&source=UC_HBS8ZI linkinə keçid edərəkmüraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
