Vakansiya haqqında
Vəzifə öhdəlikləri:İşə qəbul prosesinin təşkili və həyata keçirilməsi; İşçi tələbinə əsasən müvafiq elanların hazırlanması, iş saytlarında, sosial şəbəkələrdə yerləşdirilməsi;Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və ilkin müsahibələrin aparılması;Müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;Seçilmiş namizədlər üçün iş təkliflərinin hazırlanması və təqdim edilməsi; Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadların cəlb edilməsi ilə əlaqədar işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi; Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi. Namizədə olan tələblər:Ali təhsil (müvafiq sahə üzrə) İnsan Resurslarının işə qəbul modulu haqda nəzəri və praktiki biliyə sahib olması;Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı səviyyədə;İşə qəbul üzrə 2-3 il iş təcrübəsi;Microsoft Office (Word/Excel/PowerPoint) Müsahibə aparmaq bacarığı;Namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;Güclü qərar qəbul etmə bacarığı.İş şəraiti İş qrafiki: I-VI günlər;Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaqKorporativ nömrə: Şirkət tərəfindən təmin edilir.Servis xidməti: Şirkət tərəfindən təmin edilir;Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
