Vakansiya haqqında
“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "İşarəvermə və rabitə" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,idarəetmə və rabitə sistemlərinin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun istismarı proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.Proqram sizə nə qazandıracaq?6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlimPeşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyiTəcrübə dövründə aylıq əməkhaqqıTəcrübənin sonunda davamlı işə qəbul imkanıNəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafıMetropoliten sizə nə vəd edir?Metropolitendən ödənişsiz istifadə;Nahar (güzəştli);Ekspertlərlə “networking” və praktiki biliklər;Karyera imkanları;Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıqTəhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqlarıÖhdəliklər-EN 50129 standartı çərçivəsində safety-related elektron siqnalizasiya sistemlərinin tələblərə uyğunluğunu təmin etmək və müvafiq sənədləşməni aparmaq;-EN 50128 standartına əsasən proqram təminatı, PLC və sistem konfiqurasiyalarında funksional təhlükəsizlik məntiqinə riayət etmək; dəyişiklikləri nəzarətdə saxlamaq;-EN 50121-4 standartına uyğun olaraq elektromaqnit uyğunluq (EMC) tələblərinin yerinə yetirilməsinə nəzarət etmək.TələblərBiz kimləri axtarırıq?Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləriMinimum GPA: 80/100;İngilis dili biliyinin olması arzuolunandır;Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)Microsoft OfficeTəhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:Telekommunikasiya mühəndisliyi;Avtomatika və idarəetmə;Elektrik mühəndisliyi;Elektronika mühəndisliyi;Kompüter mühəndisliyi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
