Vakansiya haqqında
📍Sham-Fi International Trading Co. Şirkətinə İR Əməliyyatları üzrə Koordinator tələb olunur. Qeyd edim ki, ezamiyyə məsələlərinin olacağını nəzərə alaraq bəy namizədlərə üstünlük veriləcək. Vəzifə öhdəlikləri- İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək müqaviləsinə xitam daxil olmaqla bütün İR əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;- ƏMAS sistemi üzərindən əmək münasibətləri ilə bağlı əməliyyatları həyata keçirmək;- İnsan Resursları üzrə müvafiq hesabatları hazırlamaq;- Daxili prosedurların və əmək qanunvericiliyinin tələblərinə uyğun sənədləşmə proseslərini həyata keçirmək;- İR əməliyyatlarının effektiv və vaxtında icrasını təmin etmək;- ERP proqramının tətbiqində iştirak etmək;- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqları yerinə yetirmək.Tələblər- İnsan Resursları sahəsində, xüsusilə İR əməliyyatları istiqamətində minimum 1 il iş təcrübəsi;- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktik biliklər;- ERP sistemləri və Microsoft Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;- Analitik düşüncə, yüksək məsuliyyət və detallara diqqət;- Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı. Biz təklif edirik- 5 günlük iş qrafiki;- Rəqabətli əməkhaqqı;- Korporativ mobil nömrə;- Nahar təminatı;- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;- Dinamik və korporativ iş mühiti.- Ünvan: Ağ şəhər ərazisiVakansiya ilə maraqlanan şəxslərdən CV – lərini cv@sham-fi.az elektron ünvanına Subject/Mövzu hissəsində “İR Əməliyyatları üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
