Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İpoteka və Kredit Zəmanət Fondu və Sahibkarlığın İnkişafı Fondu Kredit Əməliyyatları şöbəsinin təcrübəçisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

📍Yapı Kredi Bank İş funksiyasıyaları:Bakalavr və ya magist tələbələri;Ünsiyyətqurma bacarığı (Fondlarla əməkdaşlıq çərçivəsində işçilər bankı təmsil edir);Səlis Azərbaycan dili (rus və ingilis dilini bilənlərə üstünlük verilir);Bank sahəsində ipoteka kreditləşməsi və SİF kreditləri sahəsində təcrübəsi olanlara üstünlük verilməsi;Ms Office proqramında işləyə bilmək bacarığı;EİKZS, İKES proqramlarında işləyə bilənlərə üstünlük verilməsi.Öhdəliklər:Elektron İpoteka Portalı vasitəsilə banka müraciət edən müştərilərin Elektron İpoteka Sistemində (EİS) kredit işinin yaradılması; Borcalanın ilkin qiymətləndirilməsi mərhələsində təqdim edilən sənədlərin kontrolu;İpoteka predmetinin qiymətləndirilməsi haqqında məlumatların Qiymətləndirici şirkət tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək və nəticələrini yoxlamaq. KÖ/G və K/İ əmsallarının hesablanması və bu əmsalların AİF tərəfindən qoyulan max. hədd tələbinə riayət olunmasına nəzarət;Kreditin anderraytinqi prosesində AİF-in Qaydalarına uyğun formaların EİS üzərindən hazırlanması, müvafiq bölmələrə göndərilməsi;Kredit, ipoteka (alqı-satqı) müqavilələri və ödəniş qrafikini EİS-dən ixrac edərək rəsmiləşdirmə üçün müvafiq şöbəyə göndərmək, kredit işinə aid sənədlərin surətlərini EİS-ə əlavə etmək;Kreditlərin sistemdə yığılması, komissiyaların alınması, Alqı-satqı prosesinin, borcalanın adına yeni çıxarışın və yüklülük çıxarışının alınması üzrə işlərin təqib edilməsi;Əmlak və Həyat/fərdi qəza sığortaları üzrə məlumatların sığorta şirkətləri tərəfindən EİS-də kredit işinə əlavə edilməsinə nəzarət etmək;Müştərilərə verilmiş ipoteka kreditlərinin AİF tərəfindən maliyyələşdirilməsi üçün İlkin maliyyələşmə (İM) və ya Yenidən maliyyələşmə (YM) barədə Bankın müraciət məktublarının hazırlanması və AİF-ə göndərilməsi, həmçinin EİS üzərindən elektron formada Fonda müraciət edilməsi;İpoteka kağızının elektron tərtib edilməsi, ipoteka kağızının dövlət qeydiyyatının aparılması üçün DƏDRX-ə müraciət edilməsi;Yenidən maliyyəşdirmə haqqında AİF tərəfindən razılıq verildiyi təqdirdə ipoteka kağızında indossament məbləğinin qeyd edilməsi və DƏDRX-ə ipoteka kağızının əlavə qeydiyyatı üçün müraciət edilməsi;Kredit dosyasına daxil olan sənədlərin əsllərinin AİF-ə təhvil verilməsi ilə bağlı işlər, təhvil-təslim aktlarının, məktubların hazırlanması və sənədlər toplusunun AİF-ə təqdim edilməsi;AİF tərəfindən göndərilən vəsaitlərin Bank sistemində uçotunun aparılması, İM və YM üzrə hesablanan faizlərin uçotu;AİF ilə hesablaşmaların aparılması;Hökümət Ödəniş Portalı (HÖP) ilə aparılan müştəri ödənişlərinin XML faylının Elektron İpoteka Portalından Ocean`a idxal edilməsi;AİF və Bankdaxili hesabatların hazırlanması və təqdim edilməsi;SİF kreditləri üzrə banka portal üzərindən daxil olan müraciətlərin qəbulu, investisiya layihələrinin dəyərləndirilməsi üçün Fonda müraciət;SİF tərəfindən təsdiqlənən investisiya layihələri üzrə müştərilərlə bağlanacaq müqavilələrin hazırlanmasına nəzarət;Təsdiqlənən layihələr üzrə vəsait ayrılması üçün Fonda müraciət;SİF tərəfindən köçürülən vəsaitin Bank sistemində uçotunun aparılması, aylıq əsas məbləğ və hesablanmış faizlərin Fonda köçürülməsi;SİF kreditlərinin sistemdə avtorizasiyası, komissiyaların alınması, sığorta və qiymətləndirmə şirkətlərinə ipoteka krediti üzrə haqqların köçürülməsi;SİF kreditləri üzrə Fondla hesablaşmalar;SİF tərəfindən tələb olunan aylıq, rüblük və yarımillik hesabatların təqdim edilməsi;Digər növ kreditlərin sənədlərinin müvafiq normativ aktlara, bankdaxili reqlamentlərə uyğunluğunu, düzgünlüyünü, tamlığını yoxlamaq və kreditlərin təhlükəsiz şəkildə verilməsini təmin etmək;Müvafiq təlimatlarla əlaqədar müştəri hesablarının bloklaşdırılması və bu kimi işlərdə müvafiq program təminatında avtorizasiyaların edilməsi;Öz işlərinin şöbə və departament müdiri ilə razılaşdırılmış qaydada təşkili və həyata keçirilməsi;Gün sonu nəzarətlər və nəticələri barədə birbaşa Rəhbərinə hesabat vermək,Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsiCV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.