Vakansiya haqqında
Təsvirİşiniz nədən ibarətdir? Bankın struktur bölmələri üçün komfortlu iş mühitinin yaradılması məqsədilə bina və qurğuların işlək vəziyyətdə saxlanılması;Generator və digər avadanlıqların fasiləsiz işinə nəzarət (su nasosları, transformatorlar, ventilyasiya, liftlər və s.);Bankın struktur bölmələrinə effektiv texniki və inzibati dəstəyin verilməsinin təmin edilməsi, qəbul olunan sorğulara vaxtında və effektiv cavab verilməsi;Xidmət heyətinin (xadimələr, texniklər və s.) fəaliyyətlərinin təşkili və nəzarət;Tikinti və təmir işlərinin keyfiyyət və smeta xərclərinin monitorinqi;Bank əmlakının effektiv formada inventarlaşdırılmasına nəzarət;Bankın zəruri maddi-texniki baza ilə təmin edilməsi;Logistika və daşınmanın təmin edilməsi;Binaların icarə və sığortalarının idarə edilməsi;Əməkdaşlar və qonaqlar üçün nəqliyyat vasitəsinin idarə edilməsi dəstəyinin təmin edilməsi;Dövlət təşkilatları ilə inzibati və idarəetmə məsələləri ilə bağlı əlaqələrin qurulması;Bankın biznes əməliyyatlarının asanlaşdırılması məqsədilə inzibati məlumatın rahat və adekvat yayılmasının təmin edilməsi;Daşıma və nəqliyyat vasitələri parkının effektivliyi üzərində nəzarət; məqsədəuyğun olduqda, gündəlik istifadə üçün nəqliyyat vasitələrinin və sürücülərin qrafikə salınması, yanacaq təminatı və müntəzəm texniki xidmətin təşkili;Daşınar və daşınmaz əmlakla bağlı icarə, kirayə, müqavilələrinin hazırlanmasında iştirak, müqavilələrinin rəmiləşdirilməsinin təşkili;Bankın əmlakın idarə edilməsi, əmlakın satışının təşkil edilməsi. TələblərSizdən nə tələb olunur? Təhsil: İqtisadiyyat, mühəndislik və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsiLisenziya/ Sertifikat: Tələb olunmurXarici dillər: İngilis (yaxşı)Kompüter bilikləri: Microsoft OfficeMəhsul üzrə biliklər: Tikinti və texniki biliklər.Bazar üzrə biliklər: Xərclər, xidmət şirkətləri.Digər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
