Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

İnvestisiya Layihə Mühəndisi

BakıMənbə: Work.az

Vakansiya haqqında

🚀 Yeni layihələr, yeni imkanlar – "İnvestisiya Layihə Mühəndisi" axtarırıq!Əgər mexanika sahəsində təcrübən, layihələri planlama və koordinasiya bacarığın varsa, komandamıza qoşul!Azərsun Holding MMC1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.Tələblər:Ali təhsil — Mexanika mühəndisliyi ixtisası üzrəMüvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsiİngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı Kompüter bilikləri: MS Office, AutoCADLayihə oxuma, texniki sənədlərlə işləmə və avadanlıq seçimi üzrə biliklərHVAC (isitmə, soyutma, havalandırma) və santexnika sistemləri üzrə ümumi biliklərAnalitik düşünmə, planlama, koordinasiya və komanda ilə işləmə bacarığıVəzifə öhdəlikləri:İnvestisiya layihələrinin planlaşdırılması, layihələndirilməsi və icrası mərhələlərində iştirak etməkLayihələrin icrası üzrə daxili bölmələr və podratçılar arasında koordinasiyanı təmin etməkLayihə və avadanlıq xüsusiyyətlərini təhlil edərək optimal texniki həlləri seçməkLayihə işlərinin vaxt qrafikini hazırlamaq və icranın vaxtında tamamlanmasını təmin etməkTikinti, mexanika və avadanlıq üzrə yeni layihələrin investisiya tələblərinə uyğun icrasını təşkil etməkRisklərin müəyyən edilməsi və idarə olunması proseslərində iştirak etməkŞirkətin investisiya planlarının hazırlanmasında iştirak etmək və maliyyət hesablamalarını aparmaqAvadanlıq və istehsalçı seçimində iştirak etmək, təchizatçı performansını izləməkYeni alınacaq avadanlıqlar üçün texniki şərtlərin hazırlanması və qəbul prosesində koordinasiyanı təmin etməkMərkəzi soyutma-isitmə, HVAC və santexnika sistemləri üzrə layihə və sahə işlərinə nəzarət etməkİş yeri: Bakı şəhəri (Baş Ofis)İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00🍽️ Nahar şirkət tərəfindən təmin olunur🚌 Nəqliyyat dəstəyi mövcuddurTələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnvestisiya Layihə Mühəndisi” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.