Vakansiya haqqında
📍IMA EnergyLayihə: Ağdam Baş Qərvənd yaşayış məntəqəsinin yenidən qurulması və infrastruktur layihəsiİş şəraitiİş yeri: Ağdam rayonu, Baş Qərvəndİş qrafiki: 6 günlük iş rejimiYaşayış: Kamp şəraiti ilə təmin olunurQidalanma: Gündə 3 dəfə şirkət tərəfindən təmin edilirVəzifə öhdəlikləriİşə qəbul, işdən azad etmə və vəzifə dəyişikliklərinin əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;ƏMAS platforması üzərindən əmək müqavilələrinin bağlanması, dəyişiklik və xitam proseslərinin həyata keçirilməsi;İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılması;İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabel məlumatlarının hazırlanması və yoxlanılması;Növbə qrafiklərinin hazırlanması və iş vaxtının uçotunun aparılması;Məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər kadr əmrlərinin hazırlanması;Vakansiyaların yerləşdirilməsi, CV-lərin dəyərləndirilməsi və müsahibələrin təşkili;Yeni işçilərin adaptasiya prosesinin təşkil edilməsi;Əmək haqqı hesablamaları üçün zəruri məlumatların hazırlanması və təqdim edilməsi;HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;Əmək qanunvericiliyinin və şirkətdaxili prosedurların tətbiqinə nəzarət edilməsi.Namizədə tələblərAli təhsil;İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;ƏMAS sistemi ilə işləmək bacarığı;MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;Tabel və iş vaxtının uçotunun aparılması üzrə təcrübə;Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
